Nazirlik: Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur
Nazirlikdən erməni iddialarına cavab
🇦🇿🇹🇷 İstanbulda şəhərində yaşayan azərbaycanlılar növbədənkənar prezident seçkilərində aktiv iştirak edirlər.
Prezident və ailə üzvləri səsvermə prosesindən sonra Xankəndidə gəzdilər
‼️Gürcüstan XİN: Biz istəyirik ki, Tbilisi Azərbaycan və Ermənistan üçün müzakirə platformasına çevrilsin
Sabah ölkə ərazisində güclü külək əsəcək.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-dən 9-dək cənub-qərb küləyinin 15-18 m/s, gecə və axşam arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 8-dən 9-u səhərədək qərb küləyinin bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.
Mingəçevirdə seçki məntəqəsinin sədri dünyasını dəyişib

Hadisə günorta saatlarında 33 saylı seçki məntəqəsində baş verib.

Məntəqə sədri və 14 saylı Körpələr Evi Uşaq Bağçasının sədri 1961-ci il təvəllüdlü Əsgərova Kəmalə Məmməd qızının ürək tutmasından halı qəfil pisləşib. Bütün cəhdlərə baxmayaraq bir müddət sonra o keçinib.
Saat 17:00-a qədər ölkə üzrə seçicilərin 70.85 faizi səsvermədə iştirak edib.
⚡️Paşinyan parlamentdə çıxışı zamanı Cənubi Qafqazı “Avropa İttifaqının regionu” adlandırıb.
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Saat 17:00-a qədər ölkə üzrə seçicilərin 70.85 faizi səsvermədə iştirak edib.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov 4 milyon 590 min 75 nəfər seçicinin səs verdiyini bildirib.
📈Seçici fəallığının ən yüksək olduğu dairə - 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi | 77,97 %

📉Seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsi | 44.74 %
Növbədənkənar prezident seçkisi üzrə Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılmış 48 nömrəli seçki məntəqəsində gün ərzində seçicilərin fəal iştirakı ilə müşayiət olunan səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.
Paytaxtda səsvermə prosesi davam edir.
Prezident seçkiləri: Naxçıvanda saat 17:00-dək seçici fəallığı 72.74 faiz olub