Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.2K subscribers
39.4K photos
23.9K videos
8 files
33.7K links
Download Telegram
⚽️ Rusiyanın 2 klubu “Qarabağ”ın qapıçısı ilə maraqlanır

Bu barədə “inkazan.ru” məlumat yayıb.

Bildirilir ki, Premyer Liqa təmsilçiləri “Rubin” və “Rostov” qapı xəttini 32 yaşlı qolkiperlə gücləndirmək fikrinə düşüblər. Hər iki klub Lunyovla müqavilə bağlamaq imkanlarını nəzərdən keçirir.
👍3
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə xarici ölkə vətəndaşı Safari Hamid Ghafour barədə həbs qətimkan tədbiri seçilib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, onun dövlət qeydiyyatından gizli qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Hamid Safari milyonlarla manat dəyərində ümumilikdə 1.379 gizli valyuta köçürmə əməliyyatlarını təşkil etməkdə ittiham edilir.

Qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.
👍4
❗️“The Guardian”: Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır.
👍6
❗️🇰🇿 Qazaxıstan hökuməti Talibanı qadağan olunmuş və ya terrorçu təşkilatlar siyahısından çıxaracaq.
👍3
❗️Səhər saatlarından etibarən Lvov və Kiyev Rusiya ordusu tərəfindən atəşə tutulub.

KİV Kiyevə ballistik raket atıldığını bildirir. Şəhərdə hava hücumundan müdafiə siqnalı aktivləşib
👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Türkiyədə Mall-da bir nəfər üçüncü mərtəbədən özünü ataraq intihar edib.

İntihar edən şəxs özünü atmamışdan qabaq “acam, ac, borcum var”- deyə qışqırıb
👍3😱3💔21🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Odessada raketlə vurulan hündürmərtəbəli yaşayış binasının son görüntüləri
👎7👍1🔥1🤣1💔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❄️ Dünyanın ən soyuq ərazilərindən olan Yakutsk şəhərində havanın temperaturunun -80 dərəcəyə düşməsi ilə bəzi heyvanlar ayaqüstə donaraq öldü
👎18💔5👍4🤣1
‼️ Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Heydər məscidinin qarşısında Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi "Kio-Rio" markalı avtomaşının idarəetməsini itirərək məscidin hasarına vurub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Heydər Əliyev Sarayının direktor müavini Tairə Abdurzayeva işdən çıxıb.

O, 2010-cu ildən etibarən Heydər Əliyev Sarayının direktor müavini vəzifəsində çalışıb.

📌 Faktı sarayın mətbuat xidməti təsdiq edib.
1🤣1
❗️Prezident İlham Əliyevin sərəncamı ilə dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)‒Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1 milyon manatı ayrılıb.