Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.3K subscribers
39.2K photos
23.8K videos
8 files
33.6K links
Download Telegram
🇦🇿 Danışan FOTO
👍52🤣245🤔1🙏1
📍⚡️Neftçalada zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Neftçala ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3.8 olub.
👍1
Ailələri Bakıdakı separatçılara bağlama göndərib

BQXK Bakıda həbsdə olan Qarabağ separatçılarına baş çəkib, onlara ailələrindən bağlamalar çatdırılıb.
👎3❤‍🔥11
❗️Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri işdən çıxarılıb
🇦🇿Azərbaycan hərbi gücünü artırmağa və yeni silahlar almağa davam edir

Bakı-İstanbul-Bakı marşrutu ilə Azərbaycana ultra müasir hərbi texnikanın çatdırılması davam edir,

Türkiyənin TG kanalları xəbər verir.
👍315🔥1
⚡️ Sumqayıtda xəstəxanaya gətirilən 4 aylıq körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

Həkim-cərrahlar Araz Hüseynov və Elnur İsgəndərov tərəfindən yad cisim çıxarılaraq körpənin həyatı xilas edilib.
👍17👏4😨2
ANAMA-nın Ağdamda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov dünən Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub

Zaur Mahmudov paytaxtda fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının travmatologiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, onun vəziyyətinin qənaətbəxş olduğu deyilib.
👍12🙏5
Məşhur kolumbiyalı müğənni Şakiranın növbəti abidəsi ucaldılıb.

Bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib.

46 yaşlı müğənni bildirib ki, 6 metrlik bu heykəl də doğulduğu Barankilya şəhərində salınıb:

“Anamın ad günündə bunu paylaşmaq məni xoşbəxt edir. Valideynlərim, qardaşım, bələdiyyə sədri və mən ona baxırıq!⁠”
9😁7👍4👎2🎉1
🇦🇿 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.
5
🇮🇷🇦🇲 İranın xarici işlər naziri Hüseyn Əmir-Abdallahian İrəvanda işgüzar səfərdədir.
🤮9👍1
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.
👍15🙏1
🦠 Səhiyyə Nazirliyi: "COVID-19-un yeni ştamının Azərbaycanda yayılması haqqında məlumat yoxdur".
🙏81😁1
Dekabr ayının 25-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Axar.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Qulamrza Qaçaq oğlu Cəmşidi və 1988-ci il təvəllüdlü Siyamək Səmədulla oğlu Yusifzadə olduğu müəyyən edilib.
Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
👍93
🫖☕️Ağdamın məşhur "Çay evi" yerində inşa ediləcək
👍43🙏3🤓2