🇹🇷🗣️ “15 iyun 2021-ci ildə Şuşada imzalanmış bəyannamə ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldıraraq daha da möhkəmləndirdiyimiz qardaşlığımızı zəiflətməyə çalışanlar, necə ki, keçmişdə uğursuzluğa düçar olublarsa, gələcəkdə də olacaqlar və öz niyyətlərinə heç vaxt nail ola bilməyəcəklər.
🔻 Bir millət, iki dövlət” şüarı ilə ifadə etdiyimiz bu könül birliyi, gücünü ortaq keçmişimizdən alan və gələcəyimizi işıqlandıran sönməz bir məşəldir.
🔻 Altı il əvvəl Azərbaycan xalqı – qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşərək – böyük qəhrəmanlıqla Qarabağın azadlığını qaytardı. Bu şanlı zəfər Azərbaycanın haqq işinin ən gözəl təzahürü olmaqla yanaşı, bütün Türk dünyası üçün qürur mənbəyi olmağa davam edir.
🔻 Azərbaycanın Qarabağın yenidən qurulması və bölgənin əvvəlki canlılığına qovuşması istiqamətində göstərdiyi səyləri böyük təqdir hissi ilə izləyirik”
- Rəcəb Tayyib Ərdoğan

❤9
🇦🇿 Prezident İlham Əliyev:
44 gün ərzində Siz, əziz qardaşım, və qardaş türk xalqı bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc, ruh verdi. Tarixi sözləriniz – “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” – heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və şəxsən Sizə, Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdı
❤19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər.
❤🔥21❤6🤡1
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
❤14👍2🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi
👍17
⚡️Ərdoğan: Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum.
● Altı il əvvəl İlham qardaşımın qətiyyətli rəhbərliyi ilə vahid amal ətrafında birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu.
● Bu şanlı qələbə Azərbaycanın haqq davasının ən gözəl təzahürü, bütün Türk dünyasının qürur mənbəyi olmaqda davam edir.
● Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövrün başlanğıcını qoydu.
● Bu gün qarşımızda duran vəzifə döyüş meydanlarında qazanılan qələbəni davamlı sülh və sabitliklə taclandırmaqdır.
● Biz Azərbaycanın haqq mübarizəsinə sahib çıxdığımız kimi, bölgəmizdə davamlı sülhün təmin olunmasına yönəlmiş səmimi səylərini də dəstəkləyirik.
● Qarabağın yenidən qurulması və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın ortaya qoyduğu səyləri böyük təqdirlə izləyirik.
● Qarabağda yenidən hər ocağın tüstüsünün qalxması, hər yeni əsərin ucalması və tarixi irsin bərpa edilməsi Azərbaycan xalqının gələcəyə olan inamını göstərir.
● İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik.

❤17
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
❤17
⚡️⚡️Prezident İlham Əliyev Türkiyədə keçiriləcək COP31-də iştirak edəcək (TRT)
❤12👍5😱1🤡1
Azərbaycan və Türkiyə prezidentləri Şuşada görüşüb.
YouTube
Azərbaycan və Türkiyə prezidentləri Şuşada görüşüb
Azərbaycan və Türkiyə prezidentləri Şuşada görüşüb.
#Azərbaycan #Azerbaijan #İlhamƏliyev #IlhamAliyev

❤7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎆 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub
❤10👍1
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə Vətən Müharibəsi qəhrəmanları ilə, "Qarabağ" və "Zəfər" ordenlərinə layiq görülmüş hərbi qulluqçularla görüşüblər.
❤11😱1
İstanbulda Fateh Sultan Mehmet körpüsü və paytaxt Ankarada TOBB Qüllələri 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
❤12