Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
👏19🤮5❤3👍2
Media is too big
VIEW IN TELEGRAM
Prezident İlham Əliyev: “Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”
👍22
❗️🇦🇿🇹🇷 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
👍13❤4🤡1
Media is too big
VIEW IN TELEGRAM
⚡️Ərdoğan: 6 il bundan qabaq qardaşım İlham Əliyevin liderliyi ilə Azərbvaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi.

Bu şanlı zəfər Azərbaycan haqlı davasının təzahürüdür.
❤27😱1🤡1
⚡️İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
❤12👏1
Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər
❤16😱1🤡1
🇹🇷🗣️ “15 iyun 2021-ci ildə Şuşada imzalanmış bəyannamə ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldıraraq daha da möhkəmləndirdiyimiz qardaşlığımızı zəiflətməyə çalışanlar, necə ki, keçmişdə uğursuzluğa düçar olublarsa, gələcəkdə də olacaqlar və öz niyyətlərinə heç vaxt nail ola bilməyəcəklər.

🔻 Bir millət, iki dövlət” şüarı ilə ifadə etdiyimiz bu könül birliyi, gücünü ortaq keçmişimizdən alan və gələcəyimizi işıqlandıran sönməz bir məşəldir.

🔻 Altı il əvvəl Azərbaycan xalqı – qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşərək – böyük qəhrəmanlıqla Qarabağın azadlığını qaytardı. Bu şanlı zəfər Azərbaycanın haqq işinin ən gözəl təzahürü olmaqla yanaşı, bütün Türk dünyası üçün qürur mənbəyi olmağa davam edir.

🔻 Azərbaycanın Qarabağın yenidən qurulması və bölgənin əvvəlki canlılığına qovuşması istiqamətində göstərdiyi səyləri böyük təqdir hissi ilə izləyirik”

- Rəcəb Tayyib Ərdoğan
❤6
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada birgə mətbuat konfransından sonra əl-ələ tutaraq hər kəsə qardaşlıq mesajı veriblər.
❤24😱1🤡1
🇦🇿 Prezident İlham Əliyev:

44 gün ərzində Siz, əziz qardaşım, və qardaş türk xalqı bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc, ruh verdi. Tarixi sözləriniz – “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” – heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və şəxsən Sizə, Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdı
❤15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər.
❤‍🔥18❤4🤡1
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
❤10👍1🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi
👍13
🇦🇿🤝🇹🇷Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır

- Prezident İlham Əliyev
❤21