‼️Bakıda bir neçə yolda sürət həddi endirilib

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Bununla bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda qeyd olunub
.
👍2❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️"Sədərək dairəsi" adlanan ərazidə 194 nömrəli marşrut avtobusu aşıb.

● Əraziyə polis və təcili yardım cəlb olunub
.
😢2🙏2😁1
Bakıda tikinti şirkətinin rəhbəri həbs edildi

“Gold Məkan” MMC-nin direktoru Allahşükür Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, əmlakı qəsdən məhv etmək və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib
.
👍7❤3
🇷🇺🇺🇦 Rusiya Ukraynaya qarşı kütləvi “cavab zərbələri”ni davam etdirəcəyini açıqlayıb.

Rusiya XİN xarici ölkə vətəndaşlarını və diplomatları Ukraynaya səfər etməkdən çəkinməyə çağırıb
👎7👍3⚡1🤡1
Quba-Xınalıq yolunda təkrar torpaq sürüşməsi baş verib.
🙏5❤3👍2😢1
"Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
❤6👍3😁1🙏1
🇮🇷🇺🇸 ABŞ maliyyə naziri Skott Bessent İran barədə:

"Neft hasilatına başladıqları tarixdən bəri tarixdə ilk dəfə olaraq, bu həftə onların su üzərində heç bir nefti olmayacaq. Onların heç bir gəliri olmayacaq."
❤7🤡2🤣1
🇾🇪🇸🇦⚡ Husilər Riyadda Saudi Aramco müəssisəsinə zərbələr endirib
👍11👎3❤1
Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu

Nəsimi rayonunda vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktları qeydə alınıb.

DİN-in məlumatına görə, polis əməkdaşları şübhəli bilinən M.Ələkbərzadəni saxlayıblar.

Araşdırma zamanı onun vətəndaşlara övladlarının xaricdə təhsili, transferi və digər məsələlərin həllində köməklik göstərəcəyini vəd etdiyi müəyyənləşib. O, bu məqsədlə iki şəxsdən 9000 və 3000 manat alaraq vədlərini yerinə yetirməyib
.
❤6👍1