Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
✔
30.1K subscribers
43.1K photos
26.4K videos
8 files
34.6K links
Download Telegram
Tramp Zelenskidən Rusiyanın enerji obyektlərinə hücum etməməyi istəyib

▪️ Donald Tramp bildirib ki, Volodimir Zelenski onun istəyinə müsbət cavab verib.

🛢 Zelenski Ukraynanın Rusiyadakı neft obyektlərinə “yəqin ki” zərbə endirməyəcəyini deyib.

📉 Tramp qeyd edib ki, hücumlar Rusiyanın neft emalı və dizel istehsalını azaldaraq qlobal neft bazarında problemlər yaradır.
😁4❤2👌1
🇺🇲🛢️ Ağ Ev dizelin ixracına qadağa qoymağa hazırlaşır. Daxildə profisiti artırıb qiymətləri aşağı çəkməyə çalışırlar. Dizelin qiyməti 2022-ci il həddinə yaxınlaşır. Hazırda qiymət 6.52 dollardır. 2008-ci ilin rekorduna(7.61$) hələ çatmayıb
👍4
⚡Zelenski: Rusiyanın Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində həlak olanlardan biri azərbaycanlıdır. Onun ailəsinə başsağlığı verirəm.

● Yerli mətbuatda yayılan məlumatlara görə, həlak olan 48 yaşlı Abbas Abbasov Kürdəmir rayonundan olub, Kiyev yaxınlığındakı “Stolıçnı” bazarında ticarət edirmiş.

● Hücumda daha bir neçə azərbaycanlı da yaralanıb.
❤4🙏4😢2
🥀Vətən müharibəsi qazisi aşpaz vəfat etdi

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib.

Bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib.

O bildirib ki, İlkin Baxışov Qazaxıstanda fəaliyyət göstərib və 2 ay əvvəl Vətənə qayıdıb.

Qazinin ölüm səbəbi açıqlanmayıb.
🙏12❤1
Konqoda Eboladan ölənlərin sayı 3,9 min nəfəri ötüb
🙏3😱2
⚖️ Kamran Əliyev: Müharibə cinayəti törədənlər layiqli cəza alıb

🇦🇿 Baş prokuror Kamran Əliyev bildirib ki, azərbaycanlılara qarşı müharibə cinayətləri törətməkdə təqsirləndirilən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib.

🔎 Onun sözlərinə görə, prokurorluq əməkdaşları müharibə və postmüharibə dövründə mülki əhaliyə və infrastruktura vurulan ziyanın, eləcə də digər cinayətlərin müəyyənləşdirilməsi və araşdırılması istiqamətində çalışıblar.

📌 Kamran Əliyev prokurorluq əməkdaşlarının İkinci Qarabağ müharibəsində əldə olunan nəticələrdə mühüm rol oynadığını da qeyd edib.
❤3
Liman yaxınlığındakı meşəlik ərazidə Rusiya Silahlı Qüvvələrinin 250-dən çox hərbçisinin əsir götürüldüyü bildirilir - “UNİAN”

Yayılan məlumatlara görə, Rusiya ordusunun bəzi bölmələrinin şəxsi heyəti tam şəkildə əsir düşüb.

Bildirilib ki, əsir götürülən hərbçilərin gələcəkdə əsir mübadiləsində istifadə oluna biləcəyi gözlənilir.
👍14🏆7❤1🎉1🕊1
🇮🇷🇺🇸 Tramp: İranın nüvə silahlarından artıq narahat olmağa ehtiyac yoxdur

Çünki onlar məhv edilib. Neft istisna olmaqla, qiymətlər Bayden administrasiyası dövründəkindən aşağıdır və hər şey ucuzlaşır
😁6❤2
Bakı şəhəri 5 nömrəli notariat kontorunun xüsusi notariusu Nadir Cəmil oğlu Zeynalovun fəaliyyətinə xitam verilib.
❤2
Xocavənd rayonunda yeni xəstəxana fəaliyyətə başlayıb.
👍8❤3
İran hərbçiləri azyaşlı uşağı güllələdi

"Haalvsh" insan haqları təşkilatı xəbər verir ki, dünən Sistan və Bəluyçistan əyalətində etnik bəluç olan 9 yaşlı Məhəmməd-Əmin Dehqan Saravanın Cahadabad bölgəsində repressiv hərbi qüvvələrin avtomobili gülləbaran etməsi nəticəsində başından ağır yara aldıqdan sonra xəstəxanada ölüb.
😡16❤1