Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
✔
30.1K subscribers
43.2K photos
26.4K videos
8 files
34.6K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistanda benzin və dizel yanacağının qiyməti yenidən artaraq, faktiki olaraq yeni tarixi rekorda çatıb.
Paytaxtdakı yanacaqdoldurma məntəqələrində AI-92 markalı benzinin 1 litri əvvəlki 580 dram əvəzinə artıq orta hesabla 600 drama (1,66 dollar) satılır.
“Premium” benzinin qiyməti də 20-30 dram bahalaşaraq 620-630 drama yüksəlib.
Dizel yanacağının qiyməti də eyni məbləğdə artıb və hazırda 1 litri 710 dramdır.
❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tramp Si Szinpini Konstitusiyanı görməyə apardı
😁4
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
❗️Yasamal və Nizami rayonlarının bəzi küçələrində bu gün elektrik verilişində müvəqqəti dayandırılacaq
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
❤1
Tramp Zelenskidən Rusiyanın enerji obyektlərinə hücum etməməyi istəyib

▪️ Donald Tramp bildirib ki, Volodimir Zelenski onun istəyinə müsbət cavab verib.

🛢 Zelenski Ukraynanın Rusiyadakı neft obyektlərinə “yəqin ki” zərbə endirməyəcəyini deyib.

📉 Tramp qeyd edib ki, hücumlar Rusiyanın neft emalı və dizel istehsalını azaldaraq qlobal neft bazarında problemlər yaradır.
😁4❤2👌1
🇺🇲🛢️ Ağ Ev dizelin ixracına qadağa qoymağa hazırlaşır. Daxildə profisiti artırıb qiymətləri aşağı çəkməyə çalışırlar. Dizelin qiyməti 2022-ci il həddinə yaxınlaşır. Hazırda qiymət 6.52 dollardır. 2008-ci ilin rekorduna(7.61$) hələ çatmayıb
👍4
⚡Zelenski: Rusiyanın Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində həlak olanlardan biri azərbaycanlıdır. Onun ailəsinə başsağlığı verirəm.

● Yerli mətbuatda yayılan məlumatlara görə, həlak olan 48 yaşlı Abbas Abbasov Kürdəmir rayonundan olub, Kiyev yaxınlığındakı “Stolıçnı” bazarında ticarət edirmiş.

● Hücumda daha bir neçə azərbaycanlı da yaralanıb.
❤4🙏4😢2
🥀Vətən müharibəsi qazisi aşpaz vəfat etdi

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib.

Bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib.

O bildirib ki, İlkin Baxışov Qazaxıstanda fəaliyyət göstərib və 2 ay əvvəl Vətənə qayıdıb.

Qazinin ölüm səbəbi açıqlanmayıb.
🙏12❤1
Konqoda Eboladan ölənlərin sayı 3,9 min nəfəri ötüb
🙏3😱2
⚖️ Kamran Əliyev: Müharibə cinayəti törədənlər layiqli cəza alıb

🇦🇿 Baş prokuror Kamran Əliyev bildirib ki, azərbaycanlılara qarşı müharibə cinayətləri törətməkdə təqsirləndirilən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib.

🔎 Onun sözlərinə görə, prokurorluq əməkdaşları müharibə və postmüharibə dövründə mülki əhaliyə və infrastruktura vurulan ziyanın, eləcə də digər cinayətlərin müəyyənləşdirilməsi və araşdırılması istiqamətində çalışıblar.

📌 Kamran Əliyev prokurorluq əməkdaşlarının İkinci Qarabağ müharibəsində əldə olunan nəticələrdə mühüm rol oynadığını da qeyd edib.
❤3
Liman yaxınlığındakı meşəlik ərazidə Rusiya Silahlı Qüvvələrinin 250-dən çox hərbçisinin əsir götürüldüyü bildirilir - “UNİAN”

Yayılan məlumatlara görə, Rusiya ordusunun bəzi bölmələrinin şəxsi heyəti tam şəkildə əsir düşüb.

Bildirilib ki, əsir götürülən hərbçilərin gələcəkdə əsir mübadiləsində istifadə oluna biləcəyi gözlənilir.
👍14🏆7❤1🎉1🕊1
🇮🇷🇺🇸 Tramp: İranın nüvə silahlarından artıq narahat olmağa ehtiyac yoxdur

Çünki onlar məhv edilib. Neft istisna olmaqla, qiymətlər Bayden administrasiyası dövründəkindən aşağıdır və hər şey ucuzlaşır
😁6❤2
Bakı şəhəri 5 nömrəli notariat kontorunun xüsusi notariusu Nadir Cəmil oğlu Zeynalovun fəaliyyətinə xitam verilib.
❤2
Xocavənd rayonunda yeni xəstəxana fəaliyyətə başlayıb.
👍8❤3