Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
✔
30.1K subscribers
43.1K photos
26.3K videos
8 files
34.6K links
Download Telegram
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər.
❤5👍4😁1🤡1
Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verdiyini açıqlayıb.
❤7👍3❤‍🔥1
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib:

● Enidən sonra IP də ölkə üzrə yanacağın qiymətini məhdudlaşdırmaq qərarına gəlib.

● Bu, İtaliya ailələrinə göstərilən diqqətin mühüm göstəricisidir və yanacağın bahalaşmasının qarşısını almağa konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir.

● Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə əməkdaşlığımızı daha da möhkəmləndirən bu diqqət göstəricisinə görə, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür etmək istəyirəm.
🤮15👍7🤔1
❗️Yasamal və Nizami rayonlarının bəzi küçələrində bu gün elektrik verilişində müvəqqəti dayandırılacaq
🇦🇿🇹🇷Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 27 Sentyabr – Anım Günü ilə əlaqədar Prezident İlham Əliyevə zəng edib.

R.T.Ərdoğan Anım Günü münasibətilə şəhidlərin xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib. (Anadolu)
❤10👍1
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var

Bərdə rayon sakini Mənsur Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən eşşək arabasını vurub. Hadisə nətisində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib.
❤1👎1😢1🙏1🤣1
Sumqayıtdan Masazıra ağır vəziyyətdə olan xəstənin ünvanına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədov həyatını itirib.
🙏12😢7
Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının Suraxanı və və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin, saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
😢1
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək

Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq sentyabrın 28-də Azərbaycana gətiriləcək.

Qarşılama saat 17:00-da olacaq. Uşaqlar düşərgələrə yerləşdiriləcək.
Qeyd edək ki, ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
❤8🤮2🤔1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistanda benzin və dizel yanacağının qiyməti yenidən artaraq, faktiki olaraq yeni tarixi rekorda çatıb.
Paytaxtdakı yanacaqdoldurma məntəqələrində AI-92 markalı benzinin 1 litri əvvəlki 580 dram əvəzinə artıq orta hesabla 600 drama (1,66 dollar) satılır.
“Premium” benzinin qiyməti də 20-30 dram bahalaşaraq 620-630 drama yüksəlib.
Dizel yanacağının qiyməti də eyni məbləğdə artıb və hazırda 1 litri 710 dramdır.
❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tramp Si Szinpini Konstitusiyanı görməyə apardı
😁4
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
❗️Yasamal və Nizami rayonlarının bəzi küçələrində bu gün elektrik verilişində müvəqqəti dayandırılacaq
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
❤1
Tramp Zelenskidən Rusiyanın enerji obyektlərinə hücum etməməyi istəyib

▪️ Donald Tramp bildirib ki, Volodimir Zelenski onun istəyinə müsbət cavab verib.

🛢 Zelenski Ukraynanın Rusiyadakı neft obyektlərinə “yəqin ki” zərbə endirməyəcəyini deyib.

📉 Tramp qeyd edib ki, hücumlar Rusiyanın neft emalı və dizel istehsalını azaldaraq qlobal neft bazarında problemlər yaradır.
😁3❤2👌1
🇺🇲🛢️ Ağ Ev dizelin ixracına qadağa qoymağa hazırlaşır. Daxildə profisiti artırıb qiymətləri aşağı çəkməyə çalışırlar. Dizelin qiyməti 2022-ci il həddinə yaxınlaşır. Hazırda qiymət 6.52 dollardır. 2008-ci ilin rekorduna(7.61$) hələ çatmayıb
👍4