Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.2K subscribers
42.8K photos
26.2K videos
8 files
34.6K links
Download Telegram
Mədət Quliyev oğlu ilə toyda
🤮83😱1👀1
🚨 Abşeronda 9 yaşlı uşağı döyən kişi cərimələnib

Masazırda 27 yaşlı Fuad Mirzəyev qonşusunun 9 yaşlı oğlunun qolundan tutaraq kürək və baş nahiyəsinə zərbələr endirib.

O, polis tərəfindən saxlanılıb.

⚖️ Məhkəmənin qərarı ilə Fuad Mirzəyev 300 manat cərimələnib. O, əməlinə görə peşman olduğunu və uşaqdan üzr istədiyini bildirib.
5👍5
Media is too big
VIEW IN TELEGRAM
⚡️🇦🇿 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri.

● Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirləri 19 sentyabr 2023-cü ildə başladı və 23 saat 43 dəqiqə davam etdi.

● Həmin vaxt Azərbaycan Ordusunun bölmələri uzun illər ərzində qurulmuş istehkamları yardı, strateji yüksəklikləri və mövqeləri nəzarətə götürdü, separatçı qüvvələrin müqavimət imkanlarını sıradan çıxardı.

● Azərbaycan dövlət suverenliyini tam bərpa etdi, separatizmə son qoydu və ərazi bütövlüyünü təmin etdi.

🇦🇿 Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı.
21👍5🙏2
🇵🇰 Pakistanda qanlı hücum: 16 polis həlak olub 👮‍♂💥

Pakistanın Kohat şəhərində məscid yaxınlığındakı polis kompleksində törədilən intiharçı hücumu nəticəsində ölənlərin sayı 31-ə yüksəlib.

Həlak olanlar arasında 16 polis əməkdaşı da var. Hadisə zamanı 100-dən çox insan yaralanıb və onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücum sentyabrın 18-də günorta saatlarında polis əməkdaşları və onların ailə üzvlərinin məsciddə namaz qıldığı vaxt baş verib. İntiharçı partlayıcı maddələrlə yüklənmiş avtomobillə məscidin yaxınlığına gələrək maşını binanın divarına çırpıb və partlayışı törədib.
🤬9🙏31
🌤 Sabah hava necə olacaq?

📍 Bakı və Abşeron: Hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

🌡 Temperatur gecə 20–23°, gündüz 25–29° isti olacaq.

🌧 Rayonlarda: Hava əsasən yağmursuz keçəcək. Bəzi dağlıq və dağətəyi ərazilərdə yağış, leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlarda duman gözlənilir.
🙏41
Ombudsman erməni əsilli məhkumlarla bağlı iddialara cavab verib

📌 Ombudsman Aparatı bildirib ki, Ruben Vardanyan və digər erməni əsilli məhkumların saxlanma şəraiti, səhhəti və hüquqlarının təmin olunması davamlı monitorinq edilir.

📞 Açıqlamaya görə, onların ailə üzvləri ilə telefon əlaqəsi, tibbi xidmət, gəzinti, idman, informasiya və notariat xidmətlərindən istifadə imkanları təmin olunur.

⚖️ Ombudsman qeyd edib ki, məhkumlara qarşı ayrı-seçkiliyə yol verilmir və internetdə onların hüquqlarının pozulması ilə bağlı yayılan iddialar əsassızdır.
5
Türkiyə çalxalanır: Kaşif Kozinoğlunun ölümü ilə bağlı şok görüntülər ortaya çıxdı
4
Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilib
🙏74
‼️ 3, 17, 20, 33 və 88 nömrəli avtobus marşrutlarının hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib

Qeyd olunan marşrutlar Ənvər Qasımzadə küçəsindən sola dönərək Mirəli Qaşqay küçəsi ilə hərəkət edir, daha sonra əvvəlki hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.

Bundan başqa, 20 nömrəli avtobus marşrutu üzrə Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında yol təmiri işləri aparılır.

Bu səbəbdən 20 nömrəli xətt üzrə avtobuslar Surxay Nəcəfov küçəsi ilə hərəkət edirlər.
2