Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.2K subscribers
42.8K photos
26.2K videos
8 files
34.6K links
Download Telegram
Qaxda ağır yol qəzasında dörd nəfər yaralanıb
🙏7😢1
Ər-Riyadda güclü partlayış baş verib.

19 sentyabr şənbə günü səhər tezdən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində güclü partlayış baş verib.

Hadisədən əvvəl Səudiyyə Ərəbistanının paytaxt bölgəsində hava hücumu xəbərdarlıq sistemləri işə salınıb. Tələfat və ya dağıntı barədə heç bir məlumat verilməyib.

Partlayışa Yəmənli husilər tərəfindən atılan raketin səbəb ola biləcəyi ehtimal olunur.
🙏73😢1
🇷🇺 Putinin potensial varisi ola biləcək 7 nəfər:

• 1) Rusiya prezidentinin müşaviri Aleksey Dyumin;

• 2) Rusiya baş naziri Mixail Mişustin;

• 3)Rusiya baş nazirinin müavini Dmitri Patruşev;

• 4)Rusiya prezident administrasiyasının sədr müavini Sergey Kiriyenko;

• 5)Rusiya baş nazirinin müavini Denis Manturov;

• 6)Boris Kovalçuk;

• 7) Moskva meri Sergey Sobyanin;

- The Washington Post
4👍3🤬1
🎼 Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilir

XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən qurultayda türk dövlətlərindən bəstəkarlar, musiqişünaslar və mədəniyyət nümayəndələri iştirak edir.

📌 Tədbirdə ortaq musiqi layihələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunur.
5👍3
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. Bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zeynəb Zamanova İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri təyin olunub.
🤮54👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xalq artisti Aygün Kazımova toy məclislərindən birində gözlənilməz görüşlə qarşılaşıb.
2
🔴🔴🔴Bakıda 17 yaşlı yeniyetmə anasını bıçaqlayıb

Bakının Suraxanı rayonu Ramana qəsəbəsində 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub.

Ağır xəsarətlər alan 1981-ci il təvəllüdlü D.Qurbanova akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib, vəziyyəti ağırdır.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib, araşdırma aparılır.
2
Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına kömək etməyə hazırdır

🇰🇷 XİN rəhbəri Ço Hyun bunu Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə bildirib
2👍1🤡1
Mədət Quliyev oğlu ilə toyda
🤮83😱1👀1
🚨 Abşeronda 9 yaşlı uşağı döyən kişi cərimələnib

Masazırda 27 yaşlı Fuad Mirzəyev qonşusunun 9 yaşlı oğlunun qolundan tutaraq kürək və baş nahiyəsinə zərbələr endirib.

O, polis tərəfindən saxlanılıb.

⚖️ Məhkəmənin qərarı ilə Fuad Mirzəyev 300 manat cərimələnib. O, əməlinə görə peşman olduğunu və uşaqdan üzr istədiyini bildirib.
👍65
Media is too big
VIEW IN TELEGRAM
⚡️🇦🇿 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri.

● Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirləri 19 sentyabr 2023-cü ildə başladı və 23 saat 43 dəqiqə davam etdi.

● Həmin vaxt Azərbaycan Ordusunun bölmələri uzun illər ərzində qurulmuş istehkamları yardı, strateji yüksəklikləri və mövqeləri nəzarətə götürdü, separatçı qüvvələrin müqavimət imkanlarını sıradan çıxardı.

● Azərbaycan dövlət suverenliyini tam bərpa etdi, separatizmə son qoydu və ərazi bütövlüyünü təmin etdi.

🇦🇿 Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı.
22👍5🙏2
🇵🇰 Pakistanda qanlı hücum: 16 polis həlak olub 👮‍♂💥

Pakistanın Kohat şəhərində məscid yaxınlığındakı polis kompleksində törədilən intiharçı hücumu nəticəsində ölənlərin sayı 31-ə yüksəlib.

Həlak olanlar arasında 16 polis əməkdaşı da var. Hadisə zamanı 100-dən çox insan yaralanıb və onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücum sentyabrın 18-də günorta saatlarında polis əməkdaşları və onların ailə üzvlərinin məsciddə namaz qıldığı vaxt baş verib. İntiharçı partlayıcı maddələrlə yüklənmiş avtomobillə məscidin yaxınlığına gələrək maşını binanın divarına çırpıb və partlayışı törədib.
🤬9🙏31