Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.2K subscribers
42.7K photos
26.2K videos
8 files
34.6K links
Download Telegram
Vikiliksin təsisçisi Culian Assanc iki ildən sonra ilk dəfə X səhifəsində paylaşım edib.
5🙏1
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) lokomotiv parkının yenilənməsi və yükdaşıma gücünün artırılması istiqamətində işləri davam etdirir.

Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti tərəfindən istehsal edilmiş AC50 tipli 7 ədəd müasir yük lokomotivi Bakıya çatdırılıb.
👍8
🇦🇿🇩🇪 Hikmət Hacıyev Almaniya səfiri ilə görüşüb

▫️Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke ilə görüşüb.

🔹 Almaniya səfirliyinin məlumatına görə, görüşdə iqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər müzakirə olunub.

📌Tərəflər Azərbaycan–Almaniya əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıblar.
6🤡2
Bu gün Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məhkəməsi başlayıb.
Məlumata görə, Köçəryan məhkəmə iclasının keçirildiyi binaya “Ford Tranzit” maşını ilə gətirilib.
11👍6
Media is too big
VIEW IN TELEGRAM
🎶 18 sentyabr – Milli Musiqi Günü 🎶

Bu gün Azərbaycanın zəngin mədəniyyət xəzinəsinin ayrılmaz hissəsi olan Milli Musiqi Günü qeyd olunur. Xalqımızın musiqi irsi təkcə ölkə sərhədlərində deyil, dünyada da böyük maraqla dinlənilir və sevilir.

Üzeyir Hacıbəyovun doğum günü münasibətilə qeyd olunan bu gün musiqi sənətimizin inkişafında mühüm bir mərhələdir. Milli musiqimiz — muğam, xalq mahnıları, aşıq sənəti və klassik bəstəkarlarımızın əsərləri tariximizə, milli kimliyimizə və mənəvi dəyərlərimizə güc qatır.

Bu bayram günündə hər kəs milli musiqimizin ahəngində özünü tapır, qəlblərimiz bir daha vətən sevgisi ilə dolur. Azərbaycan musiqisi – keçmişlə bu günü, ənənə ilə müasirliyi birləşdirən əvəzsiz bir mirasdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18👍3
Filippinin cənubunda orta məktəbdə atışma baş verib, ölən və xəsarət alanlar var

Atışma nəticəsində ən azı bir nəfər ölüb, dörd şagird yaralanıb.
2
DSX-nin tarixinə düşən general vəfat etdi
5🙏2😁1
‼️Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib
8👍6
Almaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
3
Tiflisin 20 uşaq bağçasından azı 55 uşaq və bir tərbiyəçi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib
🙏3😢1
Media is too big
VIEW IN TELEGRAM
🏠 Şəhid ailələri və müharibə əlillərinə 36 mənzil verildi

20 Sentyabr – Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə MİDA-nın Hövsan Yaşayış Kompleksindən 36 mənzil təqdim edilib.

🔹 Bildirilib ki, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərə 7300-dən çox, ümumilikdə isə 16 mindən artıq mənzil verilib.

📈 Eyni zamanda, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılıb.
7🙏5👍2👌1