Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.2K subscribers
42.7K photos
26.2K videos
8 files
34.5K links
Download Telegram
Jurnalist Günel Abbas “Xankəndi” Futbol Klubunun mətbuat katibi təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat yayıb.

“Fəaliyyətinin yeni mərhələsində bol uğur və daim qələbə xəbərləri arzu edirəm!”, - o əlavə edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Avtobusun enerjisi bitdi, sərnişinlər yolda qaldı

"Xaliq Faiqoğlu" şirkətinə məxsus 65 nömrəli avtobusun enerji ehtiyatının bitməsi səbəbindən yolda qaldığı bildirilir.

Sərnişinlər avtobusdan düşərək digər avtobusu gözləmək məcburiyyətində qalıblar.
🤣1211
Azərbaycanda əhalinin sayı 0,14 % artıb

Ölkə əhalisinin sayı 2026-cı il yanvar-iyul aylarında 0,14 % və ya 14 min 215 nəfər artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, əhalinin sayı 10 milyon 276 min 566 nəfərə çatıb.
👍5🤮21🤔1🙏1
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 48 954 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,2-dən 8,2-yə enib.

Doğulan körpələrin 53,4 % oğlanlar, 46,6 % isə qızlar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6-a qədər artıb.
🙏1
Media is too big
VIEW IN TELEGRAM
🚨😍🚨 Polis ikitəkərli nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir.
İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
2
İlham Əliyev: Qarabağ Zəfəri yeni geosiyasi reallıq yaratdı

🗣 Bu barədə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində bildirilib.

🚆 Zəfərin ölkələri iqtisadi, logistik və strateji baxımdan birləşdirən Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdığı qeyd olunub.

🤝 Prezident azad edilmiş ərazilərin yenidən qurulmasına dəstək verən ölkələrə təşəkkür edib.
👍1
⚡️Bakıda Ramil Usubovun sədrliyi ilə toplantı keçirilir

🤝 Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir.

🛡 Tədbir Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə baş tutur.

📜 Ramil Usubov Prezident İlham Əliyevin müraciətini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
👌2
⚡️Paşinyan: Qonşularımızla qarşılıqlı sabitliyi və iqtisadi rifahı təmin edən münasibətlər qurmalıyıq.
👍61
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev:

● Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur.

● Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir.

● Müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüququn böhranı müşahidə olunur.

● Bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyimizin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyimizin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətimizin əlaqələndirilməsini labüd edir.
6👍3
Tacir Şahmalıoğlu tanınmaz halda
🙏4
🏛 Fazil Mustafa: Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələri də bərpa edə bilər

🇦🇿 Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, imkan yaradılsa, Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələrin də bərpasını təmin edə bilər.

🕌⛪️ “Azərbaycan dövləti üçün tarixi-dini abidənin hansı dinə mənsub olmasının əhəmiyyəti yoxdur. Biz kilsəni də, sinaqoqu da, məscidi də eyni yanaşma ilə bərpa edirik”.

🌍 Deputat qeyd edib ki, Azərbaycan digər ölkələrdə də tarixi-dini abidələrin bərpasına töhfə verir.
🤡43👍2
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib.
4
Kürdəmirdə tövlədə meyit tapıldı

Hadisə Şıxımlı kəndində qeydə alınıb. Kənd sakini, 40 yaşlı Musayev Qalib Adil oğlu yaşadığı evin həyətindəki tövlədə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bəlli deyil. Araşdırma aparılır.
🙏1
💰📆Azərbaycanda orta aylıq əməkhaqqı 2031-ci ilə qədər 1,5 min manatı ötəcək. - Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilir.
2😱2🙏2👎1
⚡️Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb.
🤣15