Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.2K subscribers
42.7K photos
26.2K videos
8 files
34.5K links
Download Telegram
⚡️Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev:

● Qarabağ və Şərqi Zəngəzurun işğal illərində məscidlərimiz, İslam mədəni irsimiz Ermənistan tərəfindən tamamilə dağıdılıb, hətta məscidlərin içinə donuzlar salınıb

● İndi müharibədə qalib gəldik, amma eyni zamanda sülh yolu ilə də qalib gəlirik ki, bu da çətin bir mübarizədir.

● Hazırda Azərbaycanda üç din - İslam, Xristianlıq və Yəhudilik, eləcə də məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir.

● Azərbaycan suveren ərazisində xristian irsinin qorunmasına sadiqdir və bu, bizim mədəni irsimizə dayanan bir məsələdir.

● Ölkəmiz Zərdüştlüyün ilk yerlərindən biridir.

● Azərbaycan həmçinin IV əsrdən bəri xristianlığın ilk yerlərindən biridir:

● Xristianlıq (Qafqaz) Albaniya Krallığı tərəfindən rəsmi din kimi qəbul edilmişdi.

● Azərbaycan həmçinin İslamı qəbul edən ilk ölkələrdən biri olub.

● Avropa Parlamenti qətnamələr və qərarlar qəbul edərək, regionumuzun sülh gündəliyini sarsıdır.
7👏1
Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb

Yanğın minalanmış ərazidə qeydə alınıb. Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.
2
Naxçıvan Dövlət Universitetin (NDU) yeni təyinat olub.

Bununla bağlı ali məktəbin rektoru Elbrus İsayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məhərrəm Həsənov İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini vəzifəsinə təyin olunub.
1
Azərbaycanın bəzi ərazilərində işıqlar sönəcək

Sentyabrın 17-də paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nəriman Nərimanov küçələri, Yeni Yasamal-2 yaşayış kompleksinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Abşeron RETSİ ərazisində yerləşən Mehdi Hüseynzadə, Nizami və Səməd Vurğun küçələri, həmçinin Bakı-Sumqayıt yolunun bir hissəsində 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan 11:00-dək enerjinim verilişi müvəqqəti dayandırılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Orta Ləki" və "Kükəl" hava xətlərində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu, Yuxarı Qəsil kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Göyçay EŞ-yə daxil olan 10 kV-luq 2-ci kənd hava xəttində təmir işləri icra olunacaq. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək Qızılağac, Mollahacılı və Şəkili kəndlərini əhatə edəcək.
Bərdədə 10 kV-luq 4 saylı kənd hava xəttində görüləcək təmir işləri zamanı rayonun Çələbilər, İbişli, Məşədi, Mollalı və Nifçi kəndlərinin bir sıra yerlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Daha əvvəl xəbər verdiyimiz kimi, Cəlilabad və Biləsuvarın da bəzi kəndlərində işıq sönəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Jurnalist Günel Abbas “Xankəndi” Futbol Klubunun mətbuat katibi təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat yayıb.

“Fəaliyyətinin yeni mərhələsində bol uğur və daim qələbə xəbərləri arzu edirəm!”, - o əlavə edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Avtobusun enerjisi bitdi, sərnişinlər yolda qaldı

"Xaliq Faiqoğlu" şirkətinə məxsus 65 nömrəli avtobusun enerji ehtiyatının bitməsi səbəbindən yolda qaldığı bildirilir.

Sərnişinlər avtobusdan düşərək digər avtobusu gözləmək məcburiyyətində qalıblar.
🤣1411
Azərbaycanda əhalinin sayı 0,14 % artıb

Ölkə əhalisinin sayı 2026-cı il yanvar-iyul aylarında 0,14 % və ya 14 min 215 nəfər artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, əhalinin sayı 10 milyon 276 min 566 nəfərə çatıb.
👍5🤮21🤔1🙏1
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 48 954 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,2-dən 8,2-yə enib.

Doğulan körpələrin 53,4 % oğlanlar, 46,6 % isə qızlar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6-a qədər artıb.
🙏1
Media is too big
VIEW IN TELEGRAM
🚨😍🚨 Polis ikitəkərli nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir.
İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
2
İlham Əliyev: Qarabağ Zəfəri yeni geosiyasi reallıq yaratdı

🗣 Bu barədə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində bildirilib.

🚆 Zəfərin ölkələri iqtisadi, logistik və strateji baxımdan birləşdirən Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdığı qeyd olunub.

🤝 Prezident azad edilmiş ərazilərin yenidən qurulmasına dəstək verən ölkələrə təşəkkür edib.
👍1
⚡️Bakıda Ramil Usubovun sədrliyi ilə toplantı keçirilir

🤝 Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir.

🛡 Tədbir Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə baş tutur.

📜 Ramil Usubov Prezident İlham Əliyevin müraciətini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
👌2
⚡️Paşinyan: Qonşularımızla qarşılıqlı sabitliyi və iqtisadi rifahı təmin edən münasibətlər qurmalıyıq.
👍61
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev:

● Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur.

● Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir.

● Müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüququn böhranı müşahidə olunur.

● Bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyimizin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyimizin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətimizin əlaqələndirilməsini labüd edir.
6👍3
Tacir Şahmalıoğlu tanınmaz halda
🙏4
🏛 Fazil Mustafa: Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələri də bərpa edə bilər

🇦🇿 Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, imkan yaradılsa, Azərbaycan Ermənistan ərazisindəki tarixi-dini abidələrin də bərpasını təmin edə bilər.

🕌⛪️ “Azərbaycan dövləti üçün tarixi-dini abidənin hansı dinə mənsub olmasının əhəmiyyəti yoxdur. Biz kilsəni də, sinaqoqu da, məscidi də eyni yanaşma ilə bərpa edirik”.

🌍 Deputat qeyd edib ki, Azərbaycan digər ölkələrdə də tarixi-dini abidələrin bərpasına töhfə verir.
🤡43👍2