Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
âś”
30.3K subscribers
42.6K photos
26.2K videos
8 files
34.5K links
Download Telegram
💲Azərbaycanda təhsil xərcləri artırılacaq

Gələn il Azərbaycanın təhsil xərcləri 1,6 faiz artacaq.

Bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb.

Gələn il Azərbaycanın təhsil xərcləri 5 milyard 98.2 milyon olacaq. Bu, 2026-cı illə müqayisədə 81 milyon 802 min manat, yaxud 1,6 faiz çoxdur.

Qeyd edək ki, 2026-cı ildə təhsil xərcləri 5 milyard 16 milyon 397 min 622 manat olub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
15 sentyabr Bakının erməni-rus-gürcü və ingilislərdən azad edilməsi günü idi. Məlumdur ki, Qafqaz İslam Ordusu ilə Azərbaycan xalqı birlikdə təkcə Bakını deyil, ermənilərin bel sütunu olan Şaumyan sistemini məhv ediblər. Bakını azad edənlərə qarşı vuruşan ermənilərin çoxu xaricdən gələnlər idi.
❤13👍5🤡1
Media is too big
VIEW IN TELEGRAM
Bursada avtomobil ustası hərəkətdə olan maşının kapotuna çıxaraq avtomobili təmir etməyə çalışıb.
🤔4👍2
🇦🇿 2027-ci ildə Azərbaycanın əsas dövlət xərcləri artacaq

Maliyyə Nazirliyinin ilkin büdcə göstəricilərinə əsasən, 2027-ci ildə:

🔹 Müdafiə və milli təhlükəsizlik — 8,816 mlrd. manat
Artım: 98,6 mln. manat (+1,1%)

🔹 Təhsil — 5,098 mlrd. manat
Artım: 81,8 mln. manat (+1,6%)

🔹 Sosial müdafiə və sosial təminat — 4,916 mlrd. manat
Artım: 43 mln. manat (+0,88%)

🔹 Səhiyyə — 2,083 mlrd. manat
Artım: 58,3 mln. manat (+2,9%)

📌 Bu istiqamətlər üzrə ümumi xərclər 20,9 milyard manatı ötəcək.
👍7❤4🤡2
Bakının 17 istiqamətində tıxac yaranıb
❤3
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Bakının 17 istiqamətində tıxac yaranıb
Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

4. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

15. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

16. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

17. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
❤3👍3
🇺🇸❕Tramp Körfəz ölkələrinin liderləri ilə görüşməyi planlaşdırır

Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının iclasları çərçivəsində Körfəz ölkələrinin liderləri ilə görüşməyi planlaşdırır. Görüşdə İranla bağlı müharibədən sonrakı strategiyanın müzakirə ediləcəyi gözlənilir.

Axios-un məlumatına görə, görüşdə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Omanın nümayəndələrinin iştirakı gözlənilir.
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib.
👍4❤1🕊1
Rusiyanın Yaroslavl vilayətində yerləşən neft emalı zavodunda Ukraynanın PUA hücumu nəticəsində yanğınlar baş verib.
Vilayətin qubernatoru Mixail Yevrayev bildirib ki, hücum zamanı 65 PUA vurulub. Onun sözlərinə görə, neft emalı zavoduna ziyan dəyib və ərazidə baş verən yanğınların söndürülməsi davam etdirilir.
Qubernator hücum nəticəsində ölən və yaralananların olmadığını açıqlayıb. Düşən PUA qalıqları nəticəsində bir neçə çoxmənzilli binanın pəncərələrinin sındığı, avtomobillərin zədələndiyi bildirilir.
👍3❤1
⚡️Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev:

● Qarabağ və Şərqi Zəngəzurun işğal illərində məscidlərimiz, İslam mədəni irsimiz Ermənistan tərəfindən tamamilə dağıdılıb, hətta məscidlərin içinə donuzlar salınıb

● İndi müharibədə qalib gəldik, amma eyni zamanda sülh yolu ilə də qalib gəlirik ki, bu da çətin bir mübarizədir.

● Hazırda Azərbaycanda üç din - İslam, Xristianlıq və Yəhudilik, eləcə də məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir.

● Azərbaycan suveren ərazisində xristian irsinin qorunmasına sadiqdir və bu, bizim mədəni irsimizə dayanan bir məsələdir.

● Ölkəmiz Zərdüştlüyün ilk yerlərindən biridir.

● Azərbaycan həmçinin IV əsrdən bəri xristianlığın ilk yerlərindən biridir:

● Xristianlıq (Qafqaz) Albaniya Krallığı tərəfindən rəsmi din kimi qəbul edilmişdi.

● Azərbaycan həmçinin İslamı qəbul edən ilk ölkələrdən biri olub.

● Avropa Parlamenti qətnamələr və qərarlar qəbul edərək, regionumuzun sülh gündəliyini sarsıdır.
❤3👏1
Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu və Yusifcanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb

Yanğın minalanmış ərazidə qeydə alınıb. Hadisə nəticəsində ərazidə alov və güclü tüstü müşahidə olunur.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadanın cəlb olunduğu bildirilir.
❤1
Naxçıvan Dövlət Universitetin (NDU) yeni təyinat olub.

Bununla bağlı ali məktəbin rektoru Elbrus İsayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məhərrəm Həsənov İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini vəzifəsinə təyin olunub.
❤1
Azərbaycanın bəzi ərazilərində işıqlar sönəcək

Sentyabrın 17-də paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nəriman Nərimanov küçələri, Yeni Yasamal-2 yaşayış kompleksinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Abşeron RETSİ ərazisində yerləşən Mehdi Hüseynzadə, Nizami və Səməd Vurğun küçələri, həmçinin Bakı-Sumqayıt yolunun bir hissəsində 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan 11:00-dək enerjinim verilişi müvəqqəti dayandırılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Orta Ləki" və "Kükəl" hava xətlərində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu, Yuxarı Qəsil kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Göyçay EŞ-yə daxil olan 10 kV-luq 2-ci kənd hava xəttində təmir işləri icra olunacaq. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək Qızılağac, Mollahacılı və Şəkili kəndlərini əhatə edəcək.
Bərdədə 10 kV-luq 4 saylı kənd hava xəttində görüləcək təmir işləri zamanı rayonun Çələbilər, İbişli, Məşədi, Mollalı və Nifçi kəndlərinin bir sıra yerlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Daha əvvəl xəbər verdiyimiz kimi, Cəlilabad və Biləsuvarın da bəzi kəndlərində işıq sönəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Universitetdən qovulan tələbədən SON PAYLAŞIM
Jurnalist Günel Abbas “Xankəndi” Futbol Klubunun mətbuat katibi təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat yayıb.

“Fəaliyyətinin yeni mərhələsində bol uğur və daim qələbə xəbərləri arzu edirəm!”, - o əlavə edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Avtobusun enerjisi bitdi, sərnişinlər yolda qaldı

"Xaliq Faiqoğlu" şirkətinə məxsus 65 nömrəli avtobusun enerji ehtiyatının bitməsi səbəbindən yolda qaldığı bildirilir.

Sərnişinlər avtobusdan düşərək digər avtobusu gözləmək məcburiyyətində qalıblar.
🤣10❤1