Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.3K subscribers
42.6K photos
26.1K videos
8 files
34.5K links
Download Telegram
ABŞ Hərbi Hava Qüvvələri katibi: ABŞ ordusunun orbitdə kosmik silahları var
🤡32🤣1
⚡️Hakan Fidan:

● Cənubi Qafqazın münaqişələrlə deyil, sülh, nəqliyyat, enerji, ticarət və iqtisadi inkişafla xatırlanmasını istəyirik.

● Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması istiqamətində son dövrdə qeydə alınan inkişaflar və Azərbaycanın bu məsələdə konstruktiv mövqeyi məmnunluqla izlənilir.

● Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının, Cənubi Qafqazın və daha geniş coğrafiyanın sabitliyinə töhfə verməyə davam edəcək.

● Son aylarda Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizdə gəmilərə istiqamətlənən hücumlar artıb.

● Bu hücumlarda Azərbaycan və türk dənizçilər həlak oldu. Bunun davamı qəbuledilməzdir.
👍81
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr - Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib.
18👍5🎉1
Azərbaycandan Ermənistana 17,6 milyon dollarlıq məhsul ixrac edilib

🇦🇿🇦🇲 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana 17 milyon 602,76 min dollar dəyərində məhsul ixrac olunub.

📊 Bu, Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.

💰 Hesabat dövründə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi isə 33,24 milyard dollar olub.
3🤬1🤡1
🚨 İstanbulda valyutadəyişmə məntəqəsində silahlı insident

📍 İstanbulun Fatih rayonunda, Sofçu Han iş mərkəzində yerləşən valyutadəyişmə məntəqəsində atışma baş verib.

🔴 Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

⚠️ İnsidentlə bağlı araşdırma aparılır.
🙏21
Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb
👎53
Hakan Fidan: Hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır
8👍4🤣2
Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
2😁2
Prezident: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir

“Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək”, - deyə dövlətimizin başçısı əlavə edib.
7🤣2
İlham Əliyev:

● Bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq.

● Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq.

● Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək.

● Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun.

● Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq.

● Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq.
10🤣21
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
🙏64🤣3
İham Əliyev:

● Hər kəs görür ki, bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. “Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq.

● Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq.

● Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir.
6👍4❤‍🔥1😁1🤡1
Prezident: Azərbaycan xalqı dünyada bir presedent yaratdı

Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır.
7🤡2🙏1
🎒 Yeni tədris ilinə aparan yol xoş sürprizlərlə başladı!
5👍4