Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.3K subscribers
42.5K photos
26.1K videos
8 files
34.5K links
Download Telegram
Braziliyada musiqiçi Rey Vakeronun olduğu təyyarə qəzaya uğrayıb
3🙏2
🚨 Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Sabunçuda baş verib. “Mercedes E-Class” 1966-cı il təvəllüdlü Leyli Hüseynovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb.
👎6😢2🙏2
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub.

Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibati idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran prezidenti Məsud Pezeşkian BRICS Zirvəsində çıxış zamanı Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval jurnalistlərin obyektinə tuş gəlib.

Pezeşkian çıxışına davam edərkən kimsə Caysvalın qarşısındakı qoz-fındıq qutusunu götürüb uzaqlaşıb. Lakin o, əlindəki qozla yeməyə davam edib. Qeydə alınan görüntülər maraq doğurub.
🤡6🤣42👏1
Bakı metrosunda qatarların hərəkətindəki problem aradan qaldırılıb.
🙏31
🇹🇷 İbrahim Kalının vasitəçiliyi ilə Liviyanın rəqib siyasi qanadları Ankarada bir araya gəldi

🔴Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın sentyabrın 10-da Liviyanın Nümayəndələr Palatasının sədri Akilə Saleh və Ali Dövlət Şurasının sədri Məhəmməd Takala ilə Ankarada görüşüb.

🔴Danışıqlarda Liviyada siyasi və hərbi birliyin təmin edilməsi, dövlət institutlarının birləşdirilməsi, seçki prosesinin irəlilədilməsi və Türkiyə-Liviya əməkdaşlığı müzakirə olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9
🇮🇷 İran Hörmüz boğazı üzərində MQ-1 PUA-sını vurduğunu açıqlayıb
5🤬2👌1
Allahşükür Paşazadə: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir
😁6🤣3
📢📢Beşyaşlıların məktəb seçimi bu gün BAŞA ÇATIR

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçimi bu gün saat 18:00-da başa çatır.

Qeydiyyat mektebeqebul.edu.az portalı üzərindən aparılır.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları üçün məktəb seçimi 21 iyulda başlamışdı.

Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
⚡️İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
1👍1🤡1
🇦🇿🇨🇳 Azərbaycan və Çin təhlükəsizlik sahəsində saziş imzalayıb

🛡 DTX rəisi Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib.

🤝 Əli Nağıyev Çinin ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb. Tərəflər terrorçuluq, transmilli cinayətkarlıq və telekommunikasiya dələduzluğu ilə mübarizədə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

✍️ Görüşün sonunda DTX ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
5👍2
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚡️İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
3👍2🤡1