Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.3K subscribers
42.5K photos
26.1K videos
8 files
34.5K links
Download Telegram
🇺🇦🇷🇺 KİV: Ukrayna ordusu Rostov vilayətinin Taqanroq şəhərində yerləşən hərbi aerodroma zərbə endirib
20
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir
📍 Xarici diplomatlar hazırda Ağdərə və Kəlbəcər istiqamətində səfər edirlər.
🎥 Hikmət Hacıyev səfərin ilk günü ilə bağlı videoçarx paylaşıb.
👍7
🛢⚡️ Neft ucuzlaşıb

📉 “Brent” neftinin qiyməti 2,81% azalaraq 104,61 dollar olub.

📉 WTI markalı neft isə 2,37% ucuzlaşaraq 100,05 dollara düşüb.
👍3👎1
🚉🚨 Sərnişin qatarı naməlum obyektlə toqquşub: 44 nəfər yaralanıb

Fransanın şimalında Ruan-Kan marşrutu üzrə hərəkət edən sərnişin qatarı naməlum obyektlə toqquşub.

Qəza nəticəsində bir vaqon aşıb, dörd vaqon relsdən çıxıb. 44 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir.

Hadisənin səbəbləri araşdırılır.
5🙏2
🔴Bakıda dostların zarafatı məhkəmədə bitdi

Bakının Nizami rayonunda 39 yaşlı kişi sərxoş vəziyyətdə dostuna xəsarət yetirib.

Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Tural qəbul etdiyi spirtli içkinin təsiri altında tanışı Vəli (adlar şərtidir – red.) ilə mübahisə edib.

Məlum olub ki, onların arasında mübahisənin yaranmasına səbəb zarafat etmələri olub. 39 yaşlı kişi sərxoş vəziyyətdə dostu ilə əsassız zarafatlar edib.

Bu zaman Vəli 39 yaşlı dostunun zarafatlarını qəbul etməyib və ona irad bildirməsi ilə əlaqədar aralarında mübahisə baş verib. Mübahisə zamanı qarşılıqlı olaraq bir-birilərinə nalayiq ifadələr işlətmələri səbəbindən Vəli Turalın üz nahiyəsinə əli ilə zərbə vurub.
🤬41
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Bakı-Qazax yolunda ağır qəza — 1 nəfər ölüb

🚐 “Mercedes Vito” eyni istiqamətdə hərəkət edən “KamAZ”la toqquşub.

⚫️ Qəza nəticəsində sərnişin Sayad Qasımova hadisə yerində həyatını itirib.

⚠️ DYP sürücüləri ötmə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
🙏71😢1
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub.
Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub.
40 yaşlı Ledi Qaqa ilk dəfə ana olub

40 yaşlı müğənni Ledi Qaqa və nişanlısı Maykl Polanski ilk dəfə valideyn olublar.

Cütlük yeni doğulan körpə ilə paparassilərin obyektivinə tuş gəlib. Körpənin cinsi, adı və doğum tarixi hələ açıqlanmayıb.

Ledi Qaqa və Maykl Polanski məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.
2
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayır

Bakı vaxtı ilə saat 16:20-də başlayacaq ilk matçda rəqib Niderland seçməsi olacaq.

Azərbaycan yığması günün ikinci oyununda, saat 20:55-də Ukrayna komandası ilə üz-üzə gələcək.
👍3
Emi Karlon: ABŞ Azərbaycan və Ermənistan nümayəndələrinin qarşılıqlı səfərlərinin davam etməsini gözləyir
3🤬2
⚠️ Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Polis əməkdaşlarının sentyabrın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
👍43
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib

Abidə Həsən Cəlal Dövlənin nəslinin əsrlər boyu davam edən tarixi varisliyinin və əcdad yaddaşının maddi sübutudur.

Hikmət Hacıyevin sözlərinə görə, bu abidə nəsillər arasında tarixi bağlılığın və irsin qorunmasının real ifadəsidir.
👍62😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncəsər və Xudavəng monastırlarından video paylaşıb.
8🤣3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var

Gürcüstan DİN-in Miqrasiya İdarəsi xüsusi nəzarət tədbirləri zamanı ölkədə qanunsuz yaşayan 59 xarici vətəndaşı saxlayıb. Onların arasında Azərbaycan vətəndaşları da var.

Saxlanılan şəxslərin deportasiyası ilə bağlı prosedurlar başladılıb.

DİN bildirib ki, son dövrdə 160 belə tədbir keçirilib, 18 min xarici vətəndaş yoxlanılıb və 1 000 qanunsuz miqrant ölkədən çıxarılıb.
👍21
🇵🇱 Polşa səfiri: Mediadakı insidentlər Azərbaycan-Polşa münasibətlərinə təsir etməyəcək

Pavel Radomski bildirib ki, iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədədir və dialoqu inkişaf etdirmək üçün planlar var.

Səfir Qarabağda aparılan bərpa və yenidənqurma işlərində böyük irəliləyiş gördüyünü, Şuşanın gözəlliyinin isə heyrətamiz olduğunu deyib.

📰 Polşa mediasında Azərbaycana qarşı yayılan bəzi materialları isə “insident” adlandırıb.
2👍2😁1