Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.4K subscribers
42.2K photos
25.9K videos
8 files
34.4K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiya Prezidenti Vladimir Putinin Vladivostokdakı kortejində “Katran” hədəf təyinetmə sisteminə malik hava hücumundan müdafiə (HHM) mobil qrupunun avtomobili görünüb.
😁6👍2
Paşinyan: Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının mövcudluğunu vacib hesab etmirik.

● Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, biz etiraz etməyəcəyik.

● Amma əgər onlar qalmaq istəsələr, biz bunu da müzakirə etməyə hazırıq.
3👍1
İdman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen aralarında Usman Dembele, Mark-Andre ter Stegen kimi məşhur oyunçuların da yer aldığı oyunçuları əməliyyat etməklə tanınır.

Bu dəfə onun pasiyentləri sırasına “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev də düşüb.

Dünən Lasse Lempainen Elvini əməliyyat edib. O, sosial şəbəkə hesabında paylaşımında Azərbaycan millisinin üzvünün Finlandiyanın Turku şəhərində keçirdiyi əməliyyatın uğurlu olduğunu bildirib.
Lasse Lempainen ciddi arxa bud əzələsi zədəsi səbəbindən əməliyyat olunan Cəfərquliyevin bundan sonra xüsusi plan əsasında reabilitasiya prosesinə başlayacağını qeyd edib: “Əməliyyat çox yaxşı keçdi. İndi meydana qayıdış üçün diqqətlə planlaşdırılmış reabilitasiya başlayır. Elvinə etimadına, “Qarabağ”a və klubun tibbi heyətinə isə bütün proses ərzində peşəkar əməkdaşlığa görə təşəkkür edirəm. Reabilitasiyada uğurlar, Elvin. Səni yenidən meydanda görməyi səbirsizliklə gözləyirik”.
3👍2
Koroğlu körpüsündə qəzadan qalan təhlükə... - Video
2
⚡️Ermənistanda Rusiya benzininin payı 90%-dən 7,4%-ə düşüb.

Bu barədə "Economy of Armenia" nəşri məlumat yayıb.
2👍1
Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

YENİLƏNƏCƏK
👍31
Rusiya, Ukraynaya "bizə zərər vurmaq cəhdlərinin qarşısını almaq üçün" cavab zərbələri endirir, - Putin
😁3👍1
“Biz artıq bəyan etmişik ki, Ermənistan Respublikasının ərazisi 29 743 kvadrat kilometrdir. Kərki və digər anklavlar heç vaxt bu hesablamaya daxil edilməyib”

- Paşinyan
👍303
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.
👎24👍1😡1
Moskva Vaşinqtonla münasibətləri tam formatda bərpa etməyin tərəfdarıdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“Biz ABŞ-la münasibətlərin tam formatda bərpasının tərəfdarıyıq. Lakin bu, yalnız bizdən deyil, ABŞ tərəfinin mövqeyindən də asılıdır”, - Putin bildirib.
🤡31
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı bilinib
👍2