Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.4K subscribers
42.2K photos
25.9K videos
8 files
34.4K links
Download Telegram
⚡️🇪🇺🇦🇲 Avropa İttifaqı Şurası Ermənistan mallarının 80%-i üçün tariflərin iki il müddətinə ləğv edilməsini təsdiqləyib.

🍎 Güzəştlər Ermənistanın Rusiyaya ixrac etdiyi meyvə, tərəvəz və bitkilərin həcminin təxminən 99%-nə, həmçinin içki və spirtli məhsulların 91%-dən çoxuna şamil ediləcək.

💰 Şura bildirib ki, bu tədbirlər Rusiyanın tətbiq etdiyi sanksiyalar fonunda Ermənistan iqtisadiyyatını dəstəkləmək məqsədi daşıyır.
👎83😁3🤔21👏1
Əziz izləyicilər, kanalımızın hekayə bölməsini aktivləşdirmək üçün bizə dəstək ola bilərsiniz.

Bunun üçün "Telegram Premium" abunəliyi olanlar aşağıdakı linkdən pulsuz şəkildə bizə səs verərək dəstək ola bilərlər.

SƏS VER
3👎1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Əziz izləyicilər, kanalımızın hekayə bölməsini aktivləşdirmək üçün bizə dəstək ola bilərsiniz. Bunun üçün "Telegram Premium" abunəliyi olanlar aşağıdakı linkdən pulsuz şəkildə bizə səs verərək dəstək ola bilərlər. SƏS VER»
3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi
🙏285👌1
Dünya bazarında Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb.
5👍2
🇦🇲🇷🇺 Zaxarova: “Ermənistan Rusiya ilə viza rejimi tətbiq etsə, özünə zərər verəcək”.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan Rusiya vətəndaşları üçün viza tətbiq edərsə, bu qərar Moskvaya deyil, ilk növbədə İrəvana və öz vətəndaşlarına zərər verəcək.

Onun sözlərinə görə, belə qərar Ermənistanda çoxsaylı qohumları olan Rusiya vətəndaşlarına da təsir göstərəcək.
🤡4👍2
Goranboy şəhər 2 saylı tam orta ümumtəhsil məktəbin direktoru İlhamə Qasımova işində yol verdiyi ciddi nöqsanlara və törətdiyi qanunsuz əməllərə görə vəzifəsindən azad edilib.

Keçmiş direktor qəzəbinə hakim ola bilməyərək təhsil müəssisəsinin əmlakına zərər vurub.

Belə ki, o, məktəbin sanitariya qovşağını dağıdaraq unitazı və əl-üz yuma avadanlıqlarını söküb öz evinə aparıb.

Mənbə: Gundemxeber
🤣16👀1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mən Emmanuel Makronla danışdım, yaxşı oğlandır. Dedim ki, Emmanuel, reseptlə satılan dərmanların qiymətini üçqat artırmalı olacaqsan.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“O dedi ki, yox, yox, yox, Donald, mən bunu etməyəcəyəm. Dedim: “Bəli, edəcəksən, Emmanuel. Biz bir həb üçün təxminən 130 dollar ödəyirik, siz isə 10 dollar. Edəcəksən, Emmanuel. 100 faiz. Çünki bunu etməsən, ABŞ-a gətirilən bütün şərab və şampanlarınıza 100 faizlik tarif tətbiq edəcəyəm”.

O da dedi ki, Donald, bunu məmnuniyyətlə edərəm. Xahiş edirəm, bunu mənə etmə”, - Tramp Makronu ələ salaraq vurğulayıb.
😁81
⚽️ "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlov "Euronews"a müsahibə verib.

● “Sabah”ın maliyyə imkanları Avropanın köklü klubları ilə rəqabət aparmağa yetərli deyil. Buna görə də biz öz rəqabət üstünlüklərimizi yaratmalı olduq.

● Klubun inkişafında “Moneyball” fəlsəfəsindən ilhamlandıq. Məlumatlardan və futbolçu seçimindən düzgün istifadə etməklə maliyyə imkanlarından daha böyük səviyyədə rəqabət aparmaq mümkündür.

● Bizim üçün futbolçuların statistik göstəricilərindən əvvəl insan amili gəlir. Oyunçulara və ailələrinə yaxşı məşq və yaşayış şəraiti yaratmağa, onlara hörmətlə yanaşmağa çalışırıq.

● “Sabah”ın uğuru Azərbaycan futbolunda yeni arzuların yaranmasına səbəb ola bilər. Daha çox uşağın futbola gəlməsi, ailələrin stadionlara üz tutması və futbola inamın artması bizim üçün ən böyük nəticələrdən biri olar.
👍113
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Putin pələnglə görüşündən danışıb
“Maşınla meşədən gedirdik. Birdən pələng çıxdı - maşının qarşısında düz gedir, quyruğunu yelləyirdi. Heç yerə getmirdi. Tayqanın sahibidir”, – deyə Rusiya Prezidenti danışıb.
🤡9👎4😁2
🇦🇿🇸🇲İlham Əliyev San Marino Respublikasının milli bayramı münasibətilə San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minaya və cənab Vladimiro Selvayanı təbrik edib.
4👍2
🚨 ABŞ-ın İrana son zərbələrində 18 nəfər ölü

İran Səhiyyə Nazirliyinin məlumatına görə, 30 avqust–2 sentyabr tarixlərində ABŞ-nin həyata keçirdiyi aviazərbələr nəticəsində 18 nəfər ölüb, 142 nəfər yaralanıb.


👩 Ölənlər arasında 2 qadın və 1 uşaq var. Yaralananların 61-i qadın, 44-ü isə 18 yaşdan aşağıdır.
👎11👍31
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
4👍1