Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.9K subscribers
41.5K photos
25.5K videos
8 files
34.3K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanılıb

● DİN-nin məlumatına görə, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub.

● Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.

● İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.
🤬16👍21
Vaşinqton ştatında kütləvi meşə yanğınları: Spokan alovlar içindədir

ABŞ-nin Vaşinqton ştatının şərqində yerləşən Spokan (Spokane) şəhərində və ətraf bölgələrdə baş verən dağıdıcı meşə yanğınları kütləvi itkilərə və fövqəladə vəziyyətə səbəb olub.
4👍1
Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirib.
👍4🤡2
📢📢📢Bəzi ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə bu gün Bakıda Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova, Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1👍1😱1
İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycanda səfərdədir.
👍5🤡21
❗️ Hikmət Hacıyev: Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır

"Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur"


Prezidentin köməkçisi açıqlamasında Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətinə də toxunub:

"Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı olan hər bir addıma qəti şəkildə cavab veririk, bundan sonra da bu şəkildə davam edəcəyik".
9🤡2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📹 Dağ keçiləri, Qara Pir yaylağı, Ordubad rayonu
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍20
Elm və təhsil nazirinin müavini Həsən Həsənli: Bakı Qızlar Universitetinin tələbələrinin eyni universitetə köçürülməsi mümkün olmayacaq

“Bu prosesin gedişində hər hansı məsələləri şərh etməyin o qədər də səmərəli olmadığını düşünürəm. Biz gözləməliyik ki, bu proses yekunlaşsın. İlk növbədə, tələbələrin təhsillərini davam etdirməsi üçün görülən işlər tamamlanmalıdır. Orada çalışan pedaqoji heyətin fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı da nazirliyin müvafiq məlumatı olacaq”.
🤡4😡1
Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri arasında təkbətək görüş keçirilir

Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəlik, eləcə də ATƏT çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
👍4🤡2
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağda görülən işlərdən danışıb:

● Biz 9 şəhəri və yüzlərlə kəndi yenidən qururuq

● Ermənistan Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıb

● Mina təmizləmə işləri xərcli və vaxt aparan iş olmasına baxmayaraq Azərbaycan bunun öhdəsindən gəlir

● Hazırda Qarabağda yaşayan, işləyən, təhsil alanların sayı 60 mindən çoxdur

● Qarabağ Universitetinə abituriyentlər arasında böyük maraq var.
👍7🤡52👏1
❗️❗️❗️ Avqustun 15-dən "Bakı Metropliteni" QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək

Məlumata əsasən, xətlərin ayrılması layihəsi Bakı metrosunun gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir. Tikinti işlərinin 10-11 ay davam edəcəyi bildirilib. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan əks istiqamətdə geri qayıdacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1😱1🤬1
❗️❗️❗️DİM: Gözdən əlil abituriyentlərin qəbulu üçün 15 plan yeri ayrılıb

2026/2027-ci tədris ili üçün Bakı Tibb Kollecində "Müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan orqanizmin funksiyalarının 81-100 və 61-80 faiz pozulmasına görə gözdən əlilliyi (1-ci və 2-ci dərəcəli gözdən əlil) müəyyən edilmiş abituriyentlər aşağıda göstərilən sənədləri 2026-cı il avqustun 5-dən 14-dək (saat 17:00-dək) DİM-ə və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər.

Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50‑dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍21
Şahbuzda zəlzələ olub

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinnin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Dərinliyi 7 km, maqnitudası 3 olan təkanlar hiss olunub.
🙏5
Elm və təhsil nazirinin müavini Həsən Həsənli: Bakı Qızlar Universitetinin tələbələrinin eyni universitetə köçürülməsi mümkün olmayacaq

“Bu prosesin gedişində hər hansı məsələləri şərh etməyin o qədər də səmərəli olmadığını düşünürəm. Biz gözləməliyik ki, bu proses yekunlaşsın. İlk növbədə, tələbələrin təhsillərini davam etdirməsi üçün görülən işlər tamamlanmalıdır. Orada çalışan pedaqoji heyətin fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı da nazirliyin müvafiq məlumatı olacaq”.

APA
1
Bakı Mühəndislik Universitetinin tələbəsi dünyasını dəyişib.

Niyaz Pirməmmədov universitetin Mühəndislik fakültəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasının II kurs tələbəsi idi.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü N.Pirməmmədov Bilgəh qəsəbəsində dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
🙏111
Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
👍2
Media is too big
VIEW IN TELEGRAM
Tanınmış bloqer qəzaya düşdü, avtomobili aşdı
🤮3🙏1