Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.9K subscribers
41.4K photos
25.4K videos
8 files
34.3K links
Download Telegram
Sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır.
🤬31
⚡️İran Xarici İşlər Nazirliyi Trampın tərəflərin razılaşmaya yaxın olduğu və danışıqların bu gündən başlayacağı barədə səsləndirdiyi iddianı təkzib edib.
👍5🤮2👏1🤡1
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib.
3👍1🤡1
⚡️ "Card to card" əməliyyatlarına limit qoyulması ilə bağlı bəzi məqamlar açıqlanıb:

● İndiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb.

● Bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur.

● Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir

● Bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edib.
👍4👎21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🇺🇦 Rusiya ordusu Odessada Çornomorsk limanına şiddətli zərbələr endirir
👎12🔥2👌1
"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Türkiyənin "Fənərbağça" klubunun prezidenti Aziz Yıldırımla Bakıda əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.
👍82👌2😁1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda torpaq sürüşdü: avtomobillər uçquna məruz qaldı.
🙏7😢1
Azərbaycan XİN Pakistanda baş vermiş kömür mədəni qəzası ilə bağlı başsağlığı verib.
🙏64👍2😢1
⚡️Baş Prokurorluq: Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub
👍2😱1👌1🤡1
⚡️⚡️⚡️⚡️⚡️ İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklə, Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi təsdiqlənib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤡2