Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
30.9K subscribers
41.4K photos
25.4K videos
8 files
34.3K links
Download Telegram
Braziliyanın "Sentro Sportivo Alaqoano" klubunun gənclər komandasının 15 yaşlı futbolçusu Mikael Leandro da Silva yoldaşlıq oyunu zamanı qətlə yetirilib.
👎17😱32
🔴 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2
Xalq artisti Natiq Şirinova ağır itki üz verib.

Nağara ifaçısının qardaşı Nofəl Şirinov vəfat edib.

Mərhumun uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Xəbəri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında paylaşıb.
4🙏3
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb
8
Media is too big
VIEW IN TELEGRAM
Bu gün Azərbaycan Ordusunun 3 avqust 2022-ci ildə keçirdiyi “Qisas” əməliyyatının 4 ili tamam olur

Əməliyyat, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin diversiyası nəticəsində hərbçimiz Anar Kazımovun şəhid olmasına cavab olaraq həyata keçirilmişdi. Həmin qüvvələr, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşərək, 10 noyabr 2020-ci il bəyanatının şərtlərini pozmuş və Azərbaycan Ordusuna qarşı terror hərəkətləri törətmişdilər.

Onlar eyni zamanda Kəlbəcər və Laçın rayonları sərhədində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqeləri qurmağa cəhd etmişdilər.

Buna cavab olaraq Azərbaycan Ordusu “Qisas” əməliyyatı həyata keçirdi. Əməliyyat zamanı Qırxqız, Sərsəng və digər strateji yüksəkliklər nəzarətə götürüldü. Mövqelərin möhkəmləndirilməsi və təminat yollarının qurulması üçün mühəndis işləri aparıldı.
24👍1
Ötən gün Hacıqabulda yol qəzasında sürücü Namiq Əmirxanovun həyat yoldaşı 47 yaşlı Svetlana İbadova həyatını itirib.

3 il əvvəl onların övladı, Bakı Musiqi Akademiyasının tələbəsi Aynur Əmirxanova dəm qazından boğularaq ölüb.

Qeyd edək ki, Namiq Əmirxanov Birinci Qarabağ müharibəsinin qazisidir.
😭17🙏7😱4
Magistratura pilləsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər.

● Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.

● Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam edəcək.
4
Xalq yazıçısı Elçinin Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı oldu
3🙏2🤮1🤡1
⚡️Ağdərədə mina partlayışı nəticəsində 2 nəfər xəsarət alıb
🙏5😱31👎1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
⚡️Ağdərədə mina partlayışı nəticəsində 2 nəfər xəsarət alıb
Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
4🙏4
🚨 Bakının Nizami rayonunda futbol meydançasında meyit tapılıb.

Meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir.
🙏32
Azərbaycanın sabiq kənd təsərrüfatı naziri, Elçibəy hakimiyyətinin tanınmış simalarından olmuş Tofiq Hüseynli – ictimaiyyət arasında daha çox “Qara Tofiq” kimi tanınan dövlət xadimi bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.
4🙏1🤡1