🌤Azərbaycanda iyulun 31-də 38 dərəcə isti gözlənilir, lakin bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
🙏4👍2
🇮🇷🇺🇲 SEPAH Hərbi Dəniz Qüvvələri, ABŞ təyyarələrinin köməyi ilə Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki neft tankerinə zərbələr endirdi. Tankerlərdən birində "şiddətli yanğın" baş verdikdən sonra tankerlər geri qayıdıb
❤‍🔥43🤔1🤬1
🇦🇲Nikol Paşinyan Ermənistan hökumətinin istefasını elan edib
👍121
Media is too big
VIEW IN TELEGRAM
Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi
👎212🤬2
⚡️Nikol Paşinyan:

· Moskva İrəvanla ya müstəsna (eksklüziv) münasibətlərin olmasını, ya da heç olmamasını təsəvvür edir: Ermənistanın isə yanaşması fərqlidir.

· Ermənistan özü üçün daha əvvəl mövcud olmayan alternativlər yaratmaq qərarına gəlib. Bu, təkcə iqtisadi deyil, həm də siyasi istiqamətə aiddir.

· Ermənistan Çin, Fransa, ABŞ, Böyük Britaniya, Niderland və digər ölkələrlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bundan əvvəl Ermənistanın bu qədər tərəfdaşla belə münasibətləri olmayıb və ya ola bilməzdi. Problem də elə bundadır.
1
⚠️ Azərbaycanda bəzi məlumatların yayılmasına görə saytlara məhdudiyyət tətbiq ediləcək.

▪️ Yeni dəyişikliklərə əsasən, narkotiklər, böhtan, şəxsi həyatın pozulması və ictimai təhlükə yaradan yalan məlumatların yayılmasına görə internet resurslarına giriş məhdudlaşdırıla biləcək.


▪️ Qadağan olunmuş məlumatların aşkarlanması üçün süni intellekt əsaslı sistem yaradılacaq.
3
🏖 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

İyulun 31-də arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3👍2
FHN: 28 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
👍3
ABŞ-ın bu gün Zəncana endirdiyi hava zərbəsi nəticəsində SEPAH-ın 3 əməkdaşı həlak olub.
👍9🤬8
⚡️Paşinyan TRİPP-lə bağlı:

● Bu, region ölkələrini əhatə edən bir layihədir və təbii ki, regional qeyri-sabitlik mane olan amil ola bilər.

● Ümid edirəm ki, sabitlik mümkün qədər tez bərqərar olacaq və bütün bu konstruktiv layihələri həyata keçirə biləcəyik.

● Ermənistan kiçik bir ölkədir və böyük ölkələr arasında münasibətlərin həllində vasitəçi olmaq kimi heç bir ambisiyası və ya niyyəti yoxdur
👍4😁21
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "53 №-li Yol İstismarı” MMC-nin direktoru Şahin Şamxalov vəzifəsindən azad olunub.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
Məlumata görə, "53 №-li Yol İstismarı” MMC-yə rəhbərlik Emin Quliyevə həvalə olunub.
👍41
Avrokuboklarda ölkəmizi təmsil edən "Qarabağ", "Neftçi" və "Zirə" klublarının bu gün keçirəcəyi oyunları yayımlayacaq telekanal müəyyənləşib.

"Zirə"nin Estoniya "Payde"sinə qarşı bu gün keçiriləcək matçı "İdman TV"də canlı yayımlanacaq və qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

"Neftçi" klubunun "Dinamo Minsk" ilə oyunu İctimai TV-də canlı yayımlanacaq. Qarşılaşmaya Bakı vaxtı ilə 21:00-da start veriləcək.
Azərbaycanı Avropa Liqasında təmsil edən yeganə klub olan "Qarabağ"ın Bolqarıstanda "ÇSKA Sofiya" ilə cavab qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq və "CBC Sport"da canlı yayımlanacaq.
4👍2
Pakistan enerji qıtlığını azaltmaq üçün İranla əməkdaşlıq edərək Qətərə məxsus LNG tankerini Hörmüz boğazından təhlükəsiz keçirib.
4👍3
⚡️Odessa sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi PUA hücumuna məruz qalıb

▪️Gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.

▪️İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.
🙏7👎1🤬1
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.

Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşıladılar.
4👍2
Pavel Durov Rusiyada "Terrorçular və Ekstremistlər" siyahısına daxil edilib
😁4👍2