Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.2K subscribers
41.2K photos
25.3K videos
8 files
34.3K links
Download Telegram
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
🙏11🤣6👍2😢2👀1
‼️Tramp: ABŞ-ı yeni "şatdaun" gözləyir

ABŞ Konqresi oktyabrın 1-dək federal administrasiyanın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul etməsə, hökumətin sentyabr ayında fəaliyyətini dayandırması mümkündür.

Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Sentyabr ayında hökumətin fəaliyyətinin dayandırılması ilə qarşılaşacaqsınız", – deyə Ağ Evin rəhbəri qeyd edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣53
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Səudiyyə Ərəbistanına məxsus iki neft tankeri Yəmən yaxınlığında husilərin raket hücumuna məruz qalıb.
👍15🤬5😱2❤‍🔥1👎1👌1🏆1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranda silsilə partlayışlar: ABŞ hərbi obyektləri hədəfə aldı
👎2211👍1🤣1💔1
“Brent” markalı neftin bir barreli 96,19 dollara, yüngül neftin bir barreli isə 88,41 dollara təklif edilir.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tramp çıxış edərkən onun arxasında əyləşən şəxs onu təqlid etməyə başlayıb.
😁33👏1🏆1
Saleh Məmmədova aid olduğu bildirilən Almaniyada torpaq sahəsi
3🤣2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨🚨 Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerası vasitəsilə paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslərin avtobus zolağında və yolun hərəkət hissəsində yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət etməsi qeydə alınıb. Bununla onlar özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə ataraq qəza şəraitinin yaranmasına səbəb olublar.

Sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 46-1-ci maddəsinə əsasən kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə icazə verilir.

Həmçinin bu maddədə qeyd olunanlara riayət etmək şərtilə ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək qadağandır.

Yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır. Əks halda yol-nəqliyyat hadisəsinin baş verməsi və onun ağır nəticələri qaçılmaz olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4👌1
Media is too big
VIEW IN TELEGRAM
Qırğızıstanda çəkildiyi bildirilən görüntülərdə qızıl qartalla ov zamanı maraqlı anlar yaşanıb.

Belə ki, təlimçi qartalı qoluna çağırarkən quş gözlənilmədən yaxınlıqdakı iti hədəf alıb. Təlimçinin operativ müdaxiləsi nəticəsində it qartalın iti caynaqlarından xilas edilib.

Qeyd edək ki, qızıl qartalla ovçuluq Mərkəzi Asiyada, xüsusilə Qırğızıstanda əsrlərdir yaşadılan ənənələrdən biri hesab olunur. Bu ənənədə ovçular qızıl qartalları kiçik yaşlarından xüsusi üsullarla öyrədərək ov zamanı istifadə edirlər.

Həmin görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
🤣13👀32👍2😨1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-da elektrik dirəyinə çıxaraq, yüksək gərginlikli xətlərin yaxınlığında ilişib qalan ayı xilas edilib.
14👍3🤡1
İspaniyanın Barselona şəhərində metroda qaz partlayışı baş verib. Partlayış nəticəsində yanğın baş verib. Səkkiz işçi yaralanıb.
👎6🙏51
ABŞ dövlət katibi: "İran husiləri bu münaqişəyə cəlb edib, nə baş verəcəyini görəcəyik".
🤣171🥴1