Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.4K subscribers
40.9K photos
25.1K videos
8 files
34.2K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Banqkokda restoranda dəhşətli yanğın: 30 nəfər həlak oldu
🙏7🤣31😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Şuşada 4-cü Qlobal Media Forumu öz işinə başlayacaq

● Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq.

● Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
7👍3🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumuna gəlib
4🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 Ukrayna PUA-ları bu gecə Stavropol diyarında neft bazasını vurub.
❤‍🔥17🎉2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir
6🤡1
İlham Əliyev: Gərgin qarşıdurma dövründə uçuşların xəritəsinə baxsaydınız, çox dar hava dəhlizinin məhz Azərbaycan üzərindən keçdiyini görərdiniz.

● Eyni vəziyyət Xəzər dənizi vasitəsilə həyata keçirilən dəniz daşımalarına və quru nəqliyyatına da aiddir. Bütün bu amillər Azərbaycanın əhəmiyyətini daha da artırır.

● Sevindirici haldır ki, biz artan yük axınını qəbul etməyə hazırıq. Hazırda infrastrukturumuzu genişləndiririk.

● Xəzər hövzəsində ən böyük ticarət limanı olan və hazırda illik 15 milyon ton yükötürmə gücünə malik limanımızın imkanları 25 milyon tona çatdırılacaq. Hazırda gəmiqayırma zavodumuzda Avropadan və Avropaya daşınan yüklərin nəqlini təmin etmək üçün 10 gəmi inşa olunur.

● Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə yaxın münasibətlərimiz, həmçinin bu iki istiqamətin tam mərkəzində yerləşməyimiz Azərbaycan üçün böyük üstünlük yaradır.

● Əlbəttə, Azərbaycanın siyasəti hər zaman əməkdaşlığa, qonşularımızın narahatlıqlarını nəzərə almağa və onların da bizim narahatlıqlarımıza həssas yanaşmasına yönəlib.

● Şuşada keçirilən Media Forumunda hiss etdiyimiz mühit də məhz budur. Biz eyni əməkdaşlıq və etimad mühitini beynəlxalq tərəfdaşlarımız arasında da formalaşdırmağa çalışırıq və ümid edirəm ki, buna nail olmuşuq
4🤡1
Prezident: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik, daha fəal surətdə 10 ildən artıq çalışmışıq.

Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq.
👍7🤡1
Prezident:

● Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər əhəmiyyəti artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır.

● İstər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələrimiz yaxşıdır. Bütün bunları bir araya gətirmək üçün, əlbəttə, bir çox addımları atmalı idik ki, dəhlizlər faydalı olsun.
👍8🤡1
Prezident: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq

Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük.
👍162🤡2
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır.

Biz çox məmnunuq ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
👍15🤡1
İlham Əliyev: Əgər Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə, ölkədə demək olar ki, heç kim bunu hiss etməyəcək. Başqa sözlə, orada olub-olmamağımız ölkə daxilində ciddi fərq yaratmır.
👍12🤡2
Dövlət başçısı:

● Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi və ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib.

● O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Xüsusən də biz gördük ki, həmin bu münasibətlərin qarşılıqlı şəkildə yenidən başlanılmasına böyük bir ehtiyac var və biz bunu dəstəklədik.
5👍2🤡1
İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır

O, dünyanın müxtəlif bölgələrində artıq 8 müharibəni dayandırıb. Bu onun baxışı, təbiəti və siyasətidir. Azərbaycan-Ermənistan məsələsində də onun rolu çox vacib idi, çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu. Onlar bizim narahatlıqlarımızı başa düşürdülər, dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir. Çünki bu, Azərbaycanın özünü Naxçıvan bölgəsi ilə birləşdirəcək. Bir sözlə, onlar çox səmərəli şəkildə işlədilər, Ermənistana da izah etdilər ki, bu sülh onlara da lazımdır
10🤣4