Miqrant uşaqlar 18 yaşdan sonra Rusiyanı tərk etməli olacaqlar

Rusiya Dövlət Duması miqrantlar haqqında yeni qanun qəbul edib.

Yeni qanuna görə, miqrant və onun uşaqları patentləri ləğv edildikdə və ya yenilənmədikdə Rusiyanı 15 gün ərzində tərk etməlidirlər.

Bundan başqa, əmək miqrantlarının uşaqları 18 yaşına çatdıqdan sonra 30 gün ərzində Rusiya Federasiyasını tərk etməli və ya patent almalıdırlar.

Yeni qanuna görə, miqrantlardan özlərini və uşaqlarını yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etmək üçün kifayət qədər rəsmi gəlir tələb olunacaq.
2👍1
Ukrayna mənbələrinin yaydığı məlumata görə, reaktiv dronlarla həyata keçirilən silsilə hücumlardan sonra Kiyev üzərində tüstü sütunları müşahidə olunur.
Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, Desnyanski rayonunda dronlar qazpaylayıcı stansiyanın yaxınlığına və bazarın yanında yerləşən üçmərtəbəli qeyri-yaşayış binasına düşüb.
Hücumlar nəticəsində 6 nəfər xəsarət alıb və onların hamısı xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, gecə saatlarında raket zərbələrinin nəticələrinin aradan qaldırılması zamanı xilasedicilər bir qadının cəsədini aşkar ediblər.
😢52🔥1
Sabah UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun T.Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

Məlumata görə, oyun ərəfəsində yaxınlıqda yerləşən "Gənclik" stansiyası "Bakı Metropoliteni"nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
👍1
Ərdoğan Makronla NATO-nun Ankara sammiti çərçivəsində görüşüb.

👀Makron yenə gün eynəyindədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5👍1
⚡️NATO-nun "Ankara Bəyannaməsi" qəbul edilib.

● Sənəddə Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə yaratdığı uzunmüddətli təhdid fonunda müdafiə imkanlarının gücləndiriləcəyi, 50 milyard ABŞ dollarından çox dəyərində yeni müdafiə satınalmalarının həyata keçiriləcəyi bildirilib.

● NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayrılacağını, 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyin saxlanılacağını bəyan ediblər.

● Bəyannamədə həmçinin İranın nüvə silahına malik olmamalı olduğu vurğulanıb və Tehran Hörmüz boğazında naviqasiya azadlığına hörmət etməyə çağırılıb.
6🤣4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi
🤬15👍111🔥1🤮1🏆1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tramp Zelenskini Putin deyə təqdim etdi
😁14🥴21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️⚠️⚠️ Katex çayı sahilində köməksiz qalan şəxs xilas olunub

FHN-in “112” qaynar xəttinə Balakən rayonunun Katex kəndində bir nəfərin sel səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN əməkdaşlarının keçirdiyi xilasetmə əməliyyatı nəticəsində 1985-ci il təvəllüdlü Ramiz Asxabov çaydan çıxarılaraq xilas edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏4🤣21