Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.6K subscribers
40.7K photos
24.9K videos
8 files
34.1K links
Download Telegram
Vikinqlər 1/4 finalda. 5 qat dünya çempionları Braziliya üçün mundial başa çatdı. Erlik Haalandın dublu ilə Braziliya üzərində 2-1 hesabı ilə qalib gələn Norveç növbəti mərhələyə vəsiqə qazandı
👍5🤡4🎉3
Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Axar.az Ukayna mediasına istinadla xəbər verir ki, hücum nəticəsində 7 nəfər həlak olub, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum zamanı paytaxtda güclü partlayışlar baş verib. Qoloseyev rayonunda hərbi anbarlardan birinə zərbə endirildikdən sonra ərazidə tüstü müşahidə olunub.

Məlumata görə, son dəqiqələr ərzində Kiyev istiqamətinə "Kalibr", "Geran", "Sirkon" və "İsgəndər" tipli raketlər buraxılıb.

Bundan əlavə, Kiyev Su Elektrik Stansiyası ərazisinə və Çerniqov şəhərinə də zərbələr endirildiyi bildirilir.
😡10👍43👌2👎1
Naxçıvandakı ağır qəzada bir ailənin üç üzvü həlak olub
😭13😢8🙏7
Türkiyənin tanınmış kino və teatr aktyoru Zihni Göktay 81 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə onun oğlu sosial media hesabında məlumat paylaşıb.
Aktyor bir neçə saat əvvəl müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, bir müddət əvvəl öz istəyi ilə qocalar evinə yerləşdirilmiş Zihni Göktay ayağının sınması səbəbilə əməliyyat olunmuşdu.

Xatırladaq ki, Zihni Göktay 1945-ci ildə İstanbulda anadan olub. Aktyor Türkiyənin teatr, kino və dublyaj sənətində qısa müddətdə uğur qazanıb. “Hababam sınıfı”, “Atla gəl, Şaban”dakı obrazları ilə yadda qalıb.
🙏131😢1
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə gedib.
🤔5👍1
Dünya bazarlarında neft yenidən ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 77,97 dollara, yüngül neftin bir barreli isə 68,70 dollara təklif edilir.
1👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚽️ Braziliya millisi tarixinin ən çox qol vuran futbolçusu Neymar yığmadakı karyerasını başa vurduğunu elan edib.
10😢3