Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.6K subscribers
40.6K photos
24.8K videos
8 files
34.1K links
Download Telegram
Azərbaycanlı idmançı Tailandda muaytay turnirinin qalibi olub

Azərbaycanlı döyüşçü Mirmehdi Miriyev Tailandın Puket adasında keçirilən muaytay üzrə “Patong Fight Night-2” turnirinin qalibi olub.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançı final döyüşündə Avstraliya təmsilçisi Ceyms Veqarla üz-üzə gəlib.

Mirmehdi Miriyev rəqibini dördüncü raundda nokautla məğlub edərək turnirin çempionu adına yiyələnib.

O, bu qələbə sayəsində çempionluq kəmərini də qazanıb.
13👍10
🌧Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 4-5-də, bəzi yerlərdə isə iyulun 6-dan 8-i gündüzədək arabir yağış yağacağı gözlənilir.
🙏5👍2
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb

Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
🙏4
❗️Böyük Britaniyada Azərbaycan icmasının nümayəndəsi, London şəhərində Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib

Bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.
🙏16👍31
Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə zamanı avtomobildə yalnız sürücü olub. İlkin məlumata görə, sürücünün vəziyyəti qənaətbəxşdir.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
🙏41
❗️NATO sammitinin Ankara layihəsi müdafiə paktını təsdiqləyir

NATO-nun 32 üzvü tərəfindən təsdiqlənən sammitin yekun bəyannaməsi layihəsində kollektiv müdafiə öhdəliyi bir daha təsdiqlənir. Sənəddə, həmçinin 2026 və 2027-ci illərdə Ukraynaya ümumi dəyəri 80 milyard ABŞ dolları olan hərbi yardım paketinin ayrılması nəzərdə tutulur.
👍5
Mövsümün sonunda "Qarabağ”dan ayrılan qapıçı Amin Ramazanov “Sabah”a keçib.

Axar.az xəbər verir ki, Masazır təmsilçisi artıq 23 yaşlı qolkiperin adını Çempionlar Liqası üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə əlavə edib.

Qeyd edək ki, Amin Ramazanov ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə cəmi bir oyunda meydana çıxıb.
2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Salyan rayonunda gecə saatlarında səmada müşahidə edilən işıqlı obyekt sosial şəbəkələrdə maraqla qarşılanıb.
2