Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.6K subscribers
40.6K photos
24.8K videos
8 files
34.1K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦🇷🇺 Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13-ə çatıb, 86 yaralı var

Sabah Ukraynanın paytaxtı Kiyevdə matəm elan edilib.
🤬162👍1🔥1😱1🙏1👌1
🚌Bakıda 10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

🚧 Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 3, 4, 17, 20, 85 və 88 nömrəli marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir.

ℹ️ 3-5 iyul tarixlərində isə Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) təmir işləri ilə əlaqədar 3, 6, 10, 17, 18 və 96 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti ilə təşkil ediləcək.
2
Bakıda sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.
8
7 iyul 2026-cı il saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 9 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.
2👍2
ADY yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir.
Qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
#ADY #AzərbaycanDəmirYolları
3👍2
Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq.


Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.
4👍1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
102-ci mərtəbəyə dırmaşdılar, evlilik təklifi etdi - Video
👎12🤣5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Argentina yığmasının futbolçuları Mayami hava limanında ciddi yoxlanışa məruz qalıb.

Axar.az xəbər verir ki, Kurasao millisi ilə oyun üçün Mayamiyə gələn argentinalı futbolçular hava limanı əməkdaşları tərəfindən qarşılanıblar.

Hətta Lionel Messi detektor yoxlamasından keçib.
Oyunçu bu prosedura gülərək reaksiya verib.
🤩8👍21😱1
Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu
10👎2
Türkiyənin Muğla şəhərində 5.3 ballıq zəlzələ baş verib
🙏7
Qərbi Azərbaycanın Urmiya şəhərindən olan 75 yaşlı Rita Cəbəli qətlə yetirilib.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, kimliyi açıqlanmayan qatil saxlanılıb.

Cinayətkarın bank işçisi olduğu və Rita Cəbəlinin bank əməliyyatlarından məlumatlı olduğu üçün qətli tamah məqsədilə törətdiyi bildirilib.
Urmiya polisinin sözlərinə görə, qatil qadını öldürdükdən sonra onu şəhərdən qıraqda gizli şəkildə dəfn edib.

Qeyd edək ki, 1951-ci ildə Urmiyada anadan olan Rita Cəbəli 1969-cu ildə 18 yaşında olarkən keçirilən yarışlarda “İran gözəli” seçilib. O, bundan sonra da inqilaba qədər İran nümayəndəsi kimi bir neçə dəfə beynəlxalq yarışlarda iştirak edib.
4🙏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Çində havanın temperaturunu azaltmaq üçün damlarda quraşdırılan xüsusi su dumanı (mist) sistemi tətbiq olunmağa başlayıb.

Sistem binaların damından xırda su damcıları püskürdərək ətraf mühitin temperaturunu cəmi bir neçə dəqiqə ərzində 5-8 dərəcə aşağı salır.

Bu innovativ üsul xüsusilə son günlər Avropada rekord istilərin müşahidə olunduğu bir dövrdə böyük maraq doğurub.

Sosial şəbəkələrdə yayılan görüntülər milyonlarla baxış toplayıb və bir çox istifadəçi bu texnologiyanı gələcəyin şəhərsoyutma həllərindən biri kimi qiymətləndirib.

Görüntüləri təqdim edirik:
👍194