Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.6K subscribers
40.6K photos
24.8K videos
8 files
34.1K links
Download Telegram
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib.
12🤡1
Ötən gün Goranboyda həkimin meyiti göldən tapılıb.

Meyiti tapılan 53 yaşlı Sevda Nəbiyeva şəhid qızıdır.

Mərhumun atası Nəbiyev Camal Abbasəli oğlu 1991-ci il fevralın 15-də 53 yaşında şəhid olub.
C.Nəbiyev Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən ermənilər tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.
🤔7🙏41❤‍🔥1
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen işgüzar səfərlə İrəvana gəlib.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ursula Fon der Lyayen Nikol Paşinyanla görüşüb.
9🤮1
⚖️ Xəzər rayon məhkəməsinin qərarı ilə tiktoker "Arzum9999" məhkəmə zalında 5 il 2 ay müddətinə həbs edilib.
🙏82🤬1
🇦🇿🇹🇷Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib.
9
⚡️Ursula Fon der Lyayen:

● Ermənistan islahatlar yoluna sadiq qalır və Avropaya doğru yaxınlaşır.

● Ona görə də mən bura sadə bir mesajla gəlmişəm: Ermənistan bizə arxalana bilər.
3🤣3
Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə media nümayəndələrini ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦🇷🇺 Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 13-ə çatıb, 86 yaralı var

Sabah Ukraynanın paytaxtı Kiyevdə matəm elan edilib.
🤬162👍1🔥1😱1🙏1👌1
🚌Bakıda 10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

🚧 Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 3, 4, 17, 20, 85 və 88 nömrəli marşrutların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil edilir.

ℹ️ 3-5 iyul tarixlərində isə Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) təmir işləri ilə əlaqədar 3, 6, 10, 17, 18 və 96 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti ilə təşkil ediləcək.
2
Bakıda sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.
7
7 iyul 2026-cı il saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 9 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.
2👍2
ADY yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir.
Qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
#ADY #AzərbaycanDəmirYolları
3👍2
Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq.


Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.
4👍1🙏1