Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
31.7K subscribers
40.6K photos
24.8K videos
8 files
34.1K links
Download Telegram
⚡️Emin Əmrullayev: “Sertifikatlaşdırma imtahanları çətin olmayıb”

▪️Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikatlaşdırma imtahanları çətin olmayıb. Onun sözlərinə görə, 60 ballıq şkala üzrə bütün fənlərdə orta nəticənin 30 baldan yuxarı olması bunu göstərir. Nazir qeyd edib ki, imtahanın bəzi müəllimlərə çətin görünməsi onların fənn bilikləri ilə bağlıdır.
👍31
Media is too big
VIEW IN TELEGRAM
30 iyun – Azərbaycanda Milli Sevgililər Günüdür

Bu tarix Qanlı Yanvar şəhidi İlham Allahverdiyev və həyat yoldaşı Fərizənin toy günü ilə bağlıdır.

İlhamın şəhid olmasından sonra Fərizə bu itkiyə dözməyərək həyatına son qoyub. Onların sevgisi bu gün də əbədi sədaqətin və məhəbbətin simvolu kimi xatırlanır.
10💔7🙏5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-nin Filadelfiya şəhərində zombi apokalipsisi başlayıb

Şəhər küçələrini qeyri-təbii pozalarda donub qalmış minlərlə narkoman və meyitlər bürüyüb. Buna səbəb ən ucuz, güclü asılılıq yaradan və yüksək dozada ölümə gətirib çıxaran fentanil narkotikinin nəhəng partiyasıdır.
👎105
Niderlandlı futbolçu vurduğu qolu ana bətnində ÖLƏN KÖRPƏSİNƏ HƏSR ETDİ
🙏72
Sahil Babayev: Dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir
 
- Maliyyə naziri Sahil Babayev bildirib ki, qlobal iqtisadi çağırışlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub, dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərib.
 
- O qeyd edib ki, 2025-ci ildə dövlət və icmal büdcələr sosial təminat, iqtisadi inkişaf, müdafiə və təhlükəsizlik, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə yönəldilməklə icra edilib.\
🤮72
İraqda keçirilən antikorrupsiya əməliyyatı zamanı millət vəkili Hind əl-Abbasinin evindən 57 milyon dollar nağd pul, 27 kiloqram qızıl və qızıldan hazırlanmış alt paltarları tapılıb.

Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, istintaq çərçivəsində parlament üzvləri və dövlət rəsmiləri də daxil olmaqla, 47 nəfər saxlanılıb.
İraq hökuməti korrupsiyaya qarşı mübarizə çərçivəsində əməliyyatların davam etdiriləcəyini bildirib.
6👍6😁4🤡1
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişikliklər layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
2👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciəti

Piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 5 qayda

1. Əvvəlcə yol nişanlarına diqqət yetirməli;
2. Piyadalar keçidə yaxınlaşan zaman sürət həddini azaltmalı;
3. Sərt əyləcdən istifadə etməməli;
4. Düzgün ara məsafəsi saxlamalı;
5. Dayanmalı və piyadalara yol verməlidirlər.

Bu qaydalara hər bir sürücü əməl etməlidir. Əks təqdirdə piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz olacaq.
2
Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmur adını dəyişib.
🤡42
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiya Prezidenti Vladimir Putin keçmiş müdafiə naziri Sergey İvanovla vida mərasiminə qatılıb.
3👌2
⚠️ Bakının iki küçəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) bu gün saat 10:00-dan iyulun 3-ü saat 07:00-dək frezlənmə və asfaltlanma işləri aparılacaq.

Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) isə təmir işləri iyulun 1-i saat 08:00-dan iyulun 6-sı saat 08:00-dək davam edəcək.

AAYDA sürücülərə mümkün olduqda alternativ marşrutlardan istifadə etməyi, müvəqqəti yol nişanları və tənzimləyicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4👍2
Media is too big
VIEW IN TELEGRAM
Zelenski: Ukrayna ordusu Moskva vilayətindəki "Dubna" kosmik rabitə mərkəzini hədəfə alıb

Rusiyanın bənzər obyektləri ilə bağlı da müvafiq addımlar hazırlanır.
👍18