Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı... ƏTRAFLI: https://axar.az/news/gundem/1105684.html»
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycanda 63 yaşlı qadın uzun illərdən sonra övlad sahibi olub.

Bu barədə tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov paylaşım edib.
17👍13🙏4👎1
Azərbaycanın mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.

Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad olunub.

O, 2016‑cı ildən bu postda çalışırdı.
Respublika Diaqnostika Mərkəzinə yeni baş həkim də təyin olunub. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti işləyib.
1👍1
Bağdadın mərkəzində güclü yanğın baş verib

🔹 Yerli mənbələrin məlumatına görə, İraqın paytaxtı Bağdadın mərkəzində yerləşən Ən-Nəhda bölgəsində genişmiqyaslı və çox güclü yanğın başlayıb.
2💔2
İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 23-28° isti olacaq.
🙏42
Bakıda daha bir nəfər dənizdə batıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb.
Araşdırma aparılır.
🙏5👍21
🚔🚔 DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇻🇪 Venesuelada zəlzələdən üç gün sonra 9 aylıq körpənin uçqunlar altından möcüzəvi şəkildə xilas edilməsi

Məlumata görə, sonradan körpənin anası da dağıntılar altından çıxarılıb.
20🙏12🤩1
Ukraynanın Dnepr şəhəri iyunun 29-u gündüz saatlarında ballistik raket hücumuna məruz qalıb

Zərbələr nəticəsində 4 nəfər mülki şəxs həlak olub.

Raket zərbəsi nəticəsində 10 nəfərin yaralandığı bildirilir.
😢7🙏3👌2👎1
🔴 Kasım-Jomart Tokayev: "Türk Dünyası Həftəsi"nin keçirilməsi təşəbbüsünə görə İlham Əliyevə təşəkkür edirəm
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8🙏2🤡1
"Demokratiya TV" internet kanalının rəhbəri həbs edilib.

Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib. Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub. A.Paşayev barəsində daxil olan şikayət əsasında polis əməkdaşları araşdırmalara başlayıb, keçirilən tədbirlərlə o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə A.Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Maşının təkəri çıxıb arxadan gələn “Range Rover”ə çırpıldı
🙏3
❗️❗️❗️ Sabah Masallı və Astara rayonlarının bəzi kəndlərində təbii qazın verilişi dayandırılacaq

Payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Hişkədərə kəndinin, Astara rayonunun Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM