⚡️ İran İordaniyadakı ABŞ-ın Əl-Əzraq Hava Bazasında yerləşdirilən F-15, F-16 və F-35 təyyarələrinə zərbələr endirib.

Tasnim agentliyi SEPAH-a istinadən xəbər verir ki, hədəflərə 12 ballistik raket atılıb.

Bu arada, Küveyt İranın hücumlarına görə hava məkanını müvəqqəti olaraq bağlayır.

İRIB xəbər verir ki, İran Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qüvvələrinə hücum etmək üçün PUA-lardan istifadə edib.
9❤‍🔥5🤮4
Bakı Zooloji Parkı üçün heyvan yemləri və qidalarının alınması məqsədilə 348 min 299 manat 42 qəpik məbləğində tender elan olunub. Tender şərtlərinə əsasən, zooloji parka diri halda 2 700 ədəd böyük siçan, 2 000 ədəd böyük siçovul və 1 500 ədəd birgünlük siçan tədarük ediləcək.

Qurum niyə 350 min manata siçan-siçovul alır?

SƏBƏB:
https://axar.az/news/toplum/1099982.html
31
🇺🇦 Ukrayna Rusiyanın Krasnodar diyarına PUA hücumu həyata keçirib.

Hücum nəticəsində Kubandakı neft emalı zavodunda yanğın baş verib, bir neçə evə ziyan dəyib. Krasnodarda pilotsuz aparatın qalıqlarının yaşayış binasına düşməsi nəticəsində 3 nəfər yaralanıb.

🇷🇺 Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində 330 Ukrayna PUA-sını vurub.
👍13😡21
❗️🇦🇿🇵🇰Müdafiə naziri Zakir Həsənov Pakistan Ordusuna məxsus Mİ-17 helikopterinin Müzəffərabad yaxınlığında qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması ilə əlaqədar Pakistanın Quru Qoşunlarının komandanı Feldmarşal Seyid Asim Munirə başsağlığı verib.
🙏72
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün 🏆DÇ-2026 start götürür.

23:00 🇲🇽Meksika - CAR🇿🇦
16🙏1
🔴Bakıda maşın motosikletlə toqquşub, bir nəfər ölüb.

Hadisə Xəzər rayonunda baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Rafiz Qurbanov idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Mirzə Məhəmmədin idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub.

Hadisə nəticəsində motosikletin sürücüsü Mirzə Məhəmməd ölüb, sərnişin Nihat Məmmədov xəsarət alıb.
🙏42👏1
⚡️Bakıda tıxaclara görə dəyişdən qrafikinə keçid ediləcək

● Dövlət qurumları, təhsil, tibb müəssisələri, fiziki və hüquqi şəxslərin iş rejimlərinin dəyişdirilməsi nəzərdə tutulur.

● Dəyişikliklər bu ildən başlayacaq.
1🙏1
❗️ Türkiyədə Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanılıb

Onların arasında tanınmış simalar - müğənni Kənan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat, müğənni Kerimcan Durmaz, aktyorlar Berdan Mardini və Enis Arıkan da var.
3
Bakı-Qəbələ-Bakı marşrutu üzrə 4 iyul 2026-cı il tarixindən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək.
Hərəkət cədvəli ilə saytımızda və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz.
#ADY #AzərbaycanDəm
Media is too big
VIEW IN TELEGRAM
⚠️Aeroport şosesində dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
🤬6🙏51
Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvanın Sədərək rayonun Heydərabad qəsəbəsində 3 bala qədər hiss olunub.
5👍1🙏1🤡1
Bu gün DÇ-2026 başlayır! Sizcə, kuboku hansı komanda başı üzərinə qaldıracaq?
Anonymous Poll
4%
Almaniya
27%
İspaniya
14%
Fransa
16%
Braziliya
4%
Niderland
12%
İngiltərə
24%
Portuqaliya
9%
Argentina
2👎1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Bu gün DÇ-2026 başlayır! Sizcə, kuboku hansı komanda başı üzərinə qaldıracaq?»