Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.1K subscribers
39.6K photos
24.1K videos
8 files
33.7K links
Download Telegram
Rusiya hökuməti daxili yanacaq bazarında sabitliyi qorumaq üçün aviasiya yanacağının (kerosin) ixracını dayandırıb.
👏21
Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova vəfat edib.
🙏8😢4
Bakının Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini "Koroğlu" NMM ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların avtobusları yenilənib.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, iyunun 1-dən hər iki müntəzəm marşrut üzrə müasir avtobuslar fəaliyyətə başlayıb.
161 nömrəli marşrut üzrə 10 avtobus, 162 nömrəli marşrut üzrə isə 9 avtobus 9-10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir.
Avtobuslarda ödəniş nağdsız qaydadadır.
4
Azərbaycanda fantastik qiymətə maşın satışa çıxarılıb.

1938-ci ildə istehsal olunmuş "Mercedes 170 V" markalı avtomobil alıcılara 650 000 manata təklif olunub.

Həmin avtomobildən Azərbaycanda bir ədəd olduğu bildirilir.
4👍1👎1
⚡️Putin və Paşinyan arasında telefon danışığı olub

Tərəflər son Aİİ toplantısının nəticələrini müzakirə ediblər.
1
İyunun 1-dən etibarən Dənizkənarı Milli Parkda növbəti irimiqyaslı festivala start verilir.
👍4🤡1
Evinizdə varsa qəti atmayın: 3 min pul verirlər
😱21
🔺Son illər Azərbaycanda doğuşun kəskin azalması ilə bağlı birinci sinfə gedən uşaqların sayında da ciddi azalma müşahidə edilir.

📌Hazırda Azərbaycanın ümumtəhsil məktəblərinin birinci siniflərində 131 min 407 şagird təhsil alır.

Rəsmi qurumlar səkkiz il əvvəl, 2018-ci ildə bildirmişdi ki, həmin il orta məktəblərin birinci sinfinə 165 mindən çox uşaq yollanıb.
🤣541🤔1🤬1🙏1🥴1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇱 🇺🇦 ⚽️ Polşa və Ukrayna arasında Vrotslavda keçirilən futbol matçı öncəsi azarkeşlər ukraynalı oyunçuların adlarını və Ukraynanın himnini fitə basıblar.
👍4🤣21👌1
Media is too big
VIEW IN TELEGRAM
İsraili dəstəkləməyənlər Knessetdə ağlayaraq tövbə etdi - Video
🤡6
⚡️Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 2 vaqon buğda və 2 vaqon gübrə göndərilir.

Vaqonlar bu gün yola salınacaq.
👍3🤣2👎1
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib:

“Mənə xatirə hədiyyəsi kimi, şəxsi qeydiniz və xoş sözlərinizlə müşayiət olunan Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm.

Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”.
🤡8👍3
Ötən il Azərbaycanda ilk dəfə vərəmə yoluxanların sayı 170 nəfər azalıb

Azərbaycanda 2025-ci ildə 2 197 nəfər ilk dəfə vərəm diaqnozu ilə qeydə alınıb.

Qeyd edək ki, bu göstərici 2024-cü ilin statistikası ilə müqayisədə 170 nəfər azdır.

Ötən il ölkədə vərəmdən ölənlərin sayı 144 nəfər olub, ki onlardan 121-i kişi, 23-ü qadındır.
1👍1