Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.1K subscribers
39.7K photos
24.1K videos
8 files
33.7K links
Download Telegram
“Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 2,45% artaraq 1 barelə görə 93,35 ABŞ dolları təşkil edib.
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
4🤬4🤮3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
UEFA Çempionlar Liqasında "Mövsümün qolu" mükafatını "Real"ın futbolçusu Federiko Valverde qazandı.

Onun "Mançester Siti" qapısına vurduğu qol mövsümün qolu seçildi.
👍111
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bu gün uşaqların hüquqlarının qorunmasına, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsinə diqqət çəkən xüsusi gündür. Dünyanın bütün uşaqlarını bayram münasibətilə təbrik edir, onlara sağlam və parlaq gələcək arzulayırıq.
19🙏2
Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Vaqif Axundovun uzun müddətdən sonra yeni fotosu yayılıb.
7😱3🙏1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir.
👍42😱1🤡1🐳1
⚡️ABŞ Dövlət katibinin köməkçisi Caleb Orr Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycana səfərə gəlib.
5🤮1🐳1
🇷🇺🇦🇲 Putin Paşinyanı doğum günü münasibətilə təbrik edib.
😁12🤣10🐳1
⚽️ Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.

Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.

Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
3👍3🤡2🙏1
⚡️Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində son vəziyyət belədir:

● Keçirilən ən son sorğulara görə, Paşinyanın partiyası azı 65 faiz səslə liderdir

● Müxalifət partiyalarının heç biri 12%-i keçə bilmir.

● Paşinyanın əsas rəqibləri Robert Koçaryanın “Ermənistan” Alyansı, Samvel Karapetyanın “Güclü Ermənistan”ı və Qagik Tsarukyanın “Firavan Ermənistan”ı birgə dəstəklə Paşinyandan daha zəif nəticə göstərirlər

● Paşinyan kampaniyanı “Sülh naminə səs verin” şüarı ilə aparır. Onun əsas istiqamətlərindən biri Azərbaycanla sülhü möhkəmləndirmək, Qarabağ iddiası olmayan yeni Konstitusiya qəbul etmək, Avropa İttifaqına inteqrasiya və.s-dir

● Müxalifətin seçki kampaniyası isə Paşinyanın "Qarabağı təhvil verməsi", Rusiya ilə münasibətlərdə soyuqluq dönəminin başlaması, Ermənistan üçün təhlükəli dönəmin davam etməsi və.s üzrədir.

● Rusiyanın isə seçkilər yaxınlaşdıqca Paşinyan hökumətinə qarşı təzyiqləri artır. Ermənistanda Paşinyan əleyhinə kampaniya aparan yüzlərlə saxta səhifə, bot hesablar aşkarlanıb.

● "Reuters"in məlumatına görə, Rusiya Paşinyan əleyhinə səs vermək üçün Ermənistana 100 min nəfərə yaxın ermənini göndərmək istəyir və buna görə Kremldən külli miqdarda vəsait ayrılıb.

● Eyni zamanda, Rusiya rəhbərliyi Ermənistanı Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim etməyə çağırır.

● Putin bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduğu üçün bir çox güzəştlərdən yararlanır. Məsələn, qaz Avropaya 600 dollara, Ermənistana 150 dollara satılır. Ermənistan AİB-dən çıxarsa, bu kimi üstünlükləri itirəcək.

● Rusiya mayın 31-dən etibarən Ermənistandan bir sıra tərəvəzlərin idxalını dayandırıb və bunu kimyəvi uyğunsuzluqla əlaqələndirib.

● Ermənistanın Avropa İttifaqı yoluna görə Rusiyanın Ermənistandakı səfiri geri çağırılıb.
3👍1🐳1
Prezident İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu
8🤮3👍1😱1🐳1
Gürcüstan Baş naziri İrakli Kobaxdize Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
7👍1🤡1🐳1
İlham Əliyev: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz.

Hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik.
4👍3🤡3😱1🐳1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fransa Atlantik okeanında Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən Tagor tankerini saxlayıb.

Bildirilir ki, gəmi Rusiyanın neft sanksiyalarını aşmaq üçün istifadə olunurdu. Əməliyyat Böyük Britaniya da daxil olmaqla tərəfdaş ölkələrin dəstəyi ilə həyata keçirilib.
👍81🤡1🐳1
Yağmur Şahbazova İrəvan Dram Teatrının aktrisası Esmiralda Şahbazovanın qızıdır.
3🥴1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İndoneziyanın şərqində İkinci Dünya müharibəsi dövrünə aid olduğu güman edilən bombanın partlaması nəticəsində 5 nəfər həlak olub, daha 3 nəfər isə itkin düşüb

"AFP" agentliyinin məlumatına görə, hadisə nəticəsində azı 19 nəfər xəsarət alıb. "Jakarta Globe" qəzetinin dəqiqləşdirdiyi informasiyada isə partlayışın hadisə yerinin yaxınlığında yerləşən 6 evi yerlə-yeksan etdiyi bildirilir. Hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıb, yaxınlıqda partlamamış daha bir mina aşkar edilib.

Səlahiyyətli qurumlar bombanın yerli sakinlərin sursatı açmağa çalışdıqları zaman detonasiya edə biləcəyini ehtimal edirlər. Hadisənin təfərrüatları araşdırılır.
2🙏2🤨1