⚠️Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.

Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.

Hadisə zamanı 70 yaşlı Ədalət Yunis qızı Əliyeva və 48 yaşlı oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
😱7🙏31
Qazaxıstanda təyyarə qəzaya uğradı: Ölən var

Qazaxıstan Pavlodar vilayətində "An-2" təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, digər heyət üzvü isə xilas edilib. İlkin məlumata görə, təyyarə elektrik xətlərinə dəyib və sonra qəzaya uğrayıb.
🙏102😢1
⚡️Zaxarova: Ermənistan Aİ-yə qoşularsa, Moskva İrəvana neft məhsulları və almaz tədarükünü dayandıracaq
7👌4🤡1
⚡️ Rusiya yenidən Azərbaycanda baş konsulluq açmaq istəyir

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin sözlərinə görə, Moskva Bakıdan Rus Evinin fəaliyyətinin bərpasına və Azərbaycanın şəhərlərindən birində Rusiyanın baş konsulluğunun açılmasına razılıq gözləyir.

2024-cü ilin mayında Rusiya rəsmi şəkildə Xankəndidə baş konsulluq açmaq istədiyini bildirmişdi.

Azərbaycan həmin vaxt təşəbbüsə ehtiyatla yanaşmışdı. Bakı bununla bağlı rəsmi razılıq verməmişdi.
😡14👎21
Forwarded from TodayPress TV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistanın Baş naziri Nikol Paşinyanın avtobusda kök yediyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Kadrlarda Paşinyanın parlament sədri ilə birlikdə kök yediyi görünür. Sosial şəbəkə istifadəçiləri görüntülərlə bağlı zarafatlar paylaşaraq, parlament sədrini cizgi filmi qəhrəmanı “Baqs Banni” ilə müqayisə ediblər.
13😁8🤮2
⚡️Rusiya və "Taliban" hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
👎14👏21
Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək

Bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.

Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
🤮95👍2
Zelenski İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
12🤣5👍3😱2
⚡️ Tramp İrana zərbələrin bərpasına icazə verdi

"Görəcəyik nə olacaq. Geri qayıdıb buna son qoymalı ola bilərik, ya da qoymayacağıq", - deyən prezident ABŞ-ın Tehranın danışıqlar mövqeyindən "hələ razı olmadığını" əlavə etdi.

"Düşünürəm ki, onlar sadəcə razılaşmaq istəyirlər. Düşünmürəm ki, başqa seçimləri var", - deyə Tramp əlavə etdi. Hadisələrlə bağlı onun versiyasına görə, İran "bütün gücü ilə danışıqlar aparır".
🤣96
⚡️İlham Əliyev 28 Mayla bağlı paylaşım edib
22🙏1
❗️İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) son gün ərzində Hörmüz boğazından 23 gəminin keçidini təmin edib.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Son gün ərzində neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmiləri daxil olmaqla, 23 gəmi icazə aldıqdan sonra SEPAH HDQ-nin koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib", - məlumatda bildirilib.
5😁3👍2🐳2
Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərində yenidən seçildikdən sonra Ermənistan üçün yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü irəli sürəcəyini açıqladı.
20👏7👍4
Bu gün Azərbaycanın Müstəqillik Günüdür
33🥰1
❗️🇦🇲Ermənistanın Baş naziri Nikol Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərində yenidən seçildikdən və qanunverici orqanda siyasi çoxluq qazandıqdan sonra Ermənistan üçün yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü irəli sürəcəyini açıqlayıb.
20👍10🤬1
🛢️Azərbaycan neftinin qiyməti 102 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,18 ABŞ dolları və ya 3,92 % azalaraq 102,3 ABŞ dolları təşkil edib.
4
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edilib.
3
⚡️Türkiyə XİN: Can Azərbaycanın Müstəqillik Gününü təbrik edirik
7