Bakı – Tbilisi – Bakı qatarının hərəkət qrafiki

Qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.
🙏6👍21
Bu qurbanlıq heyvan 16 740 manata satılır

Türkiyənin Bingöl Heyvandarlıq Bazarında qurbanlıq heyvan xüsusilə diqqət çəkib. Belə ki, 1,5 ton ağırlığında olan "Tosun Paşa" adlı öküz rekord qiymətə satılıb.

Heyvan 450.000 türk lirəsinə (16 740 AZN) alıcı tapıb.
👍11😁6🙏31😢1
Belarus Azərbaycanla strateji tərəfdaşlığın inkişafında maraqlıdır

Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

İqtisadiyyatda öz uğurları və artan beynəlxalq nüfuzu ilə qürur duyan suveren, inkişaf etmiş və gələcəyə inamlı dövlətin qurulması üzrə Sizin həyata keçirdiyiniz kursun nəticələrini Belarusda yüksək qiymətləndirirlər.

Strateji Belarus-Azərbaycan tərəfdaşlığının inkişafında Minskin güclü marağını təsdiq edirəm. Əminəm ki, bizim müntəzəm görüşlərimiz, etimada əsaslanan fəal dialoq, həmçinin müxtəlif səviyyələrdə həyata keçirilən sistemli fəaliyyət cari layihələrin uğurla icrasına və yeni ikitərəfli təşəbbüslərin formalaşmasına daim kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzulayıram".
5🙏5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xəbər verdiyimiz kimi, Türkiyə klubu "Bursaspor" "Qarabağ"ın və millimizin futbolçusu Toral Bayramovu transfer edib.

Klub Bayramovun gəlişi ilə bağlı maraqlı videoçarx yayımlayıb.
23👍10🤔1🤮1
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

Nursultan Nazarbayev Prezident İham Əliyevi təbrik edib

Alar Karis Prezident İlham Əliyevi təbrik edib
👍11🤡1
XƏBƏRDARLIQ: Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
😱8🙏5
Mayın 25-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar.
5👍1
❗️Tehran İslami Təbliğat Koordinasiya Şurasının sədri bildirib ki, İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasiminin keçirilməsi ilə bağlı hələlik konkret qərar qəbul edilməyib. Vətəndaşlardan yayılan şayiələrə inanmamaları xahiş olunub.
🤮8❤‍🔥31🕊1👀1
"Bakı–Tbilisi–Bakı marşrutu üzrə qiymət siyasəti sərnişinlərə imkan verir ki, bir ay öncədən imkanına uyğun sinfini seçsin. Məsələn, 81 manat başlayan səyahət sinfini 35-20 gün öncədən əldə edə bilərlər".

Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" gələcəkdə ucuz bilet imkanlarına da baxacaq: "Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq".
🤡8🤣61
❗️İmişlidə yol qəzasında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
😢3🙏21
Forwarded from TodayPress TV
🔴Babək Niftəliyevə vəzifə verildi

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.

Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.
👍11
🇷🇺Rusiya XİN: Lavrov Rusiya ordusunun Ukraynanın Kiyevdəki hərbi obyektlərinə zərbələr endirməyə başladığını bildirib
8🤡4👎2👌1
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb

Qatar saat 08:41-də Tbilisiyə çatacaq.

Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.
👍4🙏31
Media is too big
VIEW IN TELEGRAM
Son günlər havaların qeyri-sabit keçməsi və güclü leysan yağışlarının yağması nəticəsində Şəki rayonundan keçən dağ çaylarında suyun səviyyəsi bir neçə dəfə artıb.
👍5🙏43
❗️❗️ Kermanşah və Ərdəbildə partlayış səsləri eşidilib
👍6💔4🤣2🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Bəndər Abbasda hava hücumundan müdafiə:
👍7🤣6🤬3