Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.2K subscribers
39.3K photos
23.9K videos
8 files
33.6K links
Download Telegram
⚡️Mikayıl Cabbarov bildirib ki, son 20 ildə ölkədə yoxsulluq səviyyəsi 49%-dən 5%-ə enib.
😁38🤮13😡31👌1
🇦🇿Hikmət Hacıyev: Beynəlxalq tədbirlər keçiriləndə Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verilir
👍7🤡2😱1
⚡️Hikmət Hacıyev: Azərbaycan və Gürcüstan rəhbərlərinin tapşırıqlarına uyğun olaraq hər iki ölkənin dövlət qurumları sərnişin qatarlarının bərpa edilməsi ilə bağlı işçi səviyyədə fəaliyyət göstərirlər.
👍8🤡3👀1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Mavriki Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb.
7👍4🤡3😁1
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib.
5👍3😱1🤡1
❗️2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, 2344 nəfər inzibati qaydada həbs edilib.
👍3🤮1
🇦🇲Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniyada əvvəllər Qarabağda məskunlaşmış ermənilərə müraciət edib:

Erməni xalqı müvəqqəti dayanacaq psixologiyasından imtina etməli, Ermənistan Respublikasını vətən və sığınacaq kimi qəbul etməlidir. Vətən axtarışı prosesi başa çatıb. Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır.

Əgər təhtəlşüurda əvvəlki yaşayış yerlərinə - Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmaq düşüncəsi mövcuddursa, biz öz ölkəmizi tranzit məntəqəsi kimi qəbul etməyə başlayırıq.
👍103
Rəşad Xanlarov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində təhsil məsələləri üzrə müşavir təyin olunub.
5🤡1
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
9🤡3
“Mango" brendinin təsisçisinin oğlu atasının qətlində şübhəli bilinərək saxlanılıb

"Mango" geyim mağazaları şəbəkəsinin 71 yaşlı təsisçisi İsak Andik 2024-cü ilin dekabrında Barselona yaxınlığındakı Monserrat dağlarında oğlu ilə gəzinti (haykinq) zamanı 150 metr hündürlükdən yıxılaraq həlak olmuşdu.

İlkin mərhələdə polis hadisəni bədbəxt hadisə kimi qiymətləndirmiş və hətta araşdırmanı dayandırmışdı. Lakin sonradan müstəntiqlər Conatan Andikin ifadələri ilə faciə yerindən toplanan faktlar arasında ciddi ziddiyyətlər aşkarlayıblar. Məlum olub ki, Conatan hadisədən bir neçə gün əvvəl atasının öldüyü dağlıq əraziyə baş çəkibmiş. Araşdırmalar həmçinin ata ilə oğul arasında xüsusilə şirkətin idarəedilməsi mövzusunda tez-tez münaqişələrin yaşandığını təsdiqləyib.

Qeyd edək ki, Conatan Andik "Mango"nun idarə heyətinin üzvüdür və ailənin 4 milyard avrodan çox qiymətləndirilən sərvətinin əsas varisi hesab olunur.
5😡5
⚡️Eldar Əzizov: Bakıda bir neçə gün əvvəl müşahidə olunan intensiv yağışlar şəhər infrastrukturunun iqlim dəyişikliklərinə uyğunlaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsini zəruri edir.
😁17🤡4👍2🤣21