Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.2K subscribers
39.3K photos
23.9K videos
8 files
33.6K links
Download Telegram
TƏSDİQLƏNDİ! Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəlib
17🤔6👍5👀2
SON DƏQİQƏ - Bakıdan Naxçıvan aviareyslər BƏRPA EDİLDİ

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.

Bu barədə AZAL məlumat yayıb.

Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.
8👌2🙏1
❗️❗️❗️ Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, qəbul prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.

Sözügedən xidmət sayəsində "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da "Şəxsi kabinet" vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.
51
İranın paytaxtı Tehran şəhərində kütləvi nikah mərasimi baş tutub.

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

Bildirilib ki, eyni vaxtda şəhərin müxtəlif ərazilərində düz min cütlük ailə həyatı qurub. Şənliyin ən diqqətçəkən və qeyri-adi detalı toy karvanı olub. Belə ki, hərbi avtomobillər və zirehli texnikalar çiçəklərlə, həmçinin çəhrayı və ağ rəngli şarlarla bəzədilərək gəlin maşınlarına çevrilib. Bu avtomobilləri isə bəylər özləri idarə ediblər. Təntənəli mərasimin əsas mərkəzlərindən biri tarixi İmam Hüseyn meydanı olub ki, burada 110 cütlük nikaha girib.
👍9🤣6👌21🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əcnəbilərin Azərbaycan musiqisi ilə özünəməxsus rəqsi.
👍11🤣31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
4🔥1🤮1
🔴 Bu il Şuşanın Böyük qala və Kiçikqaladərəsi kəndlərinə köç olacaq

Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şuşa şəhərinə bu il köç olmayacaq.
6🙏2
Kamçatkada Bezimyannı vulkanı 10 km-dən çox yüksəkliyə kül püskürdüb

Kül şleyfi vulkanın öz hündürlüyündən təxminən 3 dəfə yuxarı qalxıb. Püskürmədən sonra kül Ust-Kamçatsk yaşayış məntəqələrinə yayılıb. Hadisə ilə əlaqədar vulkana aviasiya üçün ən yüksək - “qırmızı” təhlükə kodu verilib.
🙏32👍1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Xankəndiyə qatarla nə vaxt getmək mümkün olacaq? ƏTRAFLI: https://axar.az/news/toplum/1092639.html»
Azərbaycan hücuma məruz qaldı: Türkiyə köməyə çağırılır
🤬7😱1
Son aylarla müqayisədə qızıl bazarında qiymət enişi müşahidə edilir. Hazırda qızılın bir qramının qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 60 manat düşüb.
👍6