Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.3K subscribers
39.2K photos
23.8K videos
8 files
33.6K links
Download Telegram
🇮🇶İraqın Hörmüz boğazından neft ixracı aprel ayında 10 milyon barelə düşüb

ABŞ və İsrailin İrana qarşı əməliyyatından sonra İraqın boğazdan neft axını əvvəlki aylıq 93 milyon bareldən azaldılıb. Bu fonda Bağdad axınların istiqamətini dəyişir: Türkiyənin Ceyhan limanı vasitəsilə ixracın gündə 200.000 bareldən 500.000 barelə qədər artırılması planlaşdırılır. İraq həmçinin OPEC ilə birlikdə ümumi hasilatı gündə 5 milyon barelə çatdırmaq niyyətindədir.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💎 "ADY Mobile" tətbiqi, NFC, QR kod, SİMA Pay – Rəqəmsal texnologiya ilə inkişaf edən dəmir yolları.

🪄 İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında SİMA Pay - üztanıma ödəniş sisteminin tətbiqi ilə bu sinerji növbəti növbəti mərhələyə keçdi.

ℹ️ Hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında tətbiq olunan SİMA Pay mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq.
3👍2🤮1
Media is too big
VIEW IN TELEGRAM
🥀🥀🥀Mərhum Əməkdar artist Cabir İmanovun 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Xalq artisti adlı tədbir Heydər Əliyev Sarayında olub. “Planet Parni iz Baku” komandasının çıxış etdiyi gecədə C. İmanovun oğlu Cahangir də səhnəyə çıxıb. Gecədə mərhum aktyorla bağlı süni intellektlə hazırlanan video isə hamını kövrəldib.
7👍3🙏3
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi:

• İran Hörmüz boğazında hərəkətin idarə olunması üçün peşəkar mexanizm hazırlayıb və bu mexanizm yaxın vaxtlarda təqdim ediləcək.

• Bu prosesdə yalnız kommersiya gəmiləri və İranla əməkdaşlıq edən tərəflər iştirak edəcək.

• Mexanizm çərçivəsində göstərilən xüsusi xidmətlərə görə müvafiq ödənişlər alınacaq.
9😡4
Media is too big
VIEW IN TELEGRAM
🏇 Azərbaycan Böyük Britaniyada "Vindzor Kral Atçılıq Şousu"nda təmsil olunur
👍11🤡2🥴1
Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da 150 nəfərlik heyətlə təmsil olunur
15👍2🤡1
Sabiq millət vəkili, milli azadlıq hərəkatının fəallarından biri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sabiq sədri Hacıbala Əzimov vəfat edib.
4😢3🙏2🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Banqkokda qatar avtobusla toqquşub: Ölənlər var
🙏42
Vladimir Zelenski bildirib ki, Rusiya kəşfiyyat xidmətləri Ukrayna rəsmilərinə, kəşfiyyat rəsmilərinə və təhlükəsizlik rəsmilərinə qarşı sui-qəsd cəhdləri hazırlayır

Onun sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Baş Kəşfiyyat İdarəsi (GRU) Ukrayna rəsmilərinin hərəkət marşrutlarını, gizli sığınacaqlarını, iş qrafiklərini və şəxsi heyətin yerləşdiyi koordinatları öyrənmək üçün geniş casus şəbəkələrindən istifadə edir. Bu məlumatlar əsasən daxili sızmalar (satqınlar), rəqəmsal izləmə və fiziki müşahidə vasitəsilə toplanır.
🤬5🤣3
❗️Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək.
👍12🔥3🤡1
WUF13-də “ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 17-də “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək.

Bundan başqa, AZCON Holding-in stendində (D15) dəmir yollarının urbanizasiyanın inkişafındakı roluna həsr olunmuş rəqəmsal təqdimatları olacaq.

“Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası” mövzusunda daha bir infosessiya isə mayın 19-da təşkil ediləcək.

Qeyd edək ki, ADY 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13 ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.
3🤮2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Texasda ildırım çaxması güclü yanğına səbəb oldu: Dəmir yolu körpüsü məhv olub

ABŞ-nin Texas ştatında ildırım vurması nəticəsində genişmiqyaslı yanğın hadisəsi baş verib. Hadisə bölgədəki infrastrukturun ciddi zədələnməsi ilə nəticələnib.
7🙏3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
1 saatlıq yolu 15 dəqiqəyə salan Qafqazın ən böyük tuneli
27👍5🤡1