Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.3K subscribers
39.1K photos
23.8K videos
8 files
33.6K links
Download Telegram
🇦🇿🇦🇲Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana 14 vaqonluq, 977 ton buğda göndəriləcək.
👎12👍2
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı vəfat edib.

Bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, Hərbi Hava Qüvvələrində xidmət edən polkovnik-leytenant Seymur Ağayev xəstəlik səbəbindən dünyasını dəyişib.
🙏10🕊62😱1
🇸🇦🇮🇷 Səudiyyə Ərəbistanı İranın da daxil olacağı yeni körfəz təhlükəsizlik paktı imzalamağı təklif edir.

🔻 Bu pakta əsasən tərəflər bir-birinə hücum etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, hər hansısa region dövlətinə qarşı başqa dövlətlərlə birlikdə hərəkət etməmək öhdəliyi götürəcəklər.
👏31❤‍🔥1👎1
Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hindarx qəsəbəsində qeydə alınıb.
Rayonun Boyat kənd sakini Əliyev Hafiz Qaraxan oğlunun idarə etdiyi VAZ-2107 markalı minik maşını 2012-ci il təvəllüdlü piyada İbrahimov Röyal Hürbət oğlunu vurub.
14 yaşlı R.İbrahimov hadisə yerində həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.
😢9🙏52
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,04 ABŞ dolları və ya 1,76 % azalaraq 113,48 ABŞ dolları təşkil edib.
"South China Morning Post" qəzetinin məlumatına görə, Putin mayın 20-də Çinə səfər edəcək.

Səfər bir günlük olacaq və rəsmi görüş nəzərdə tutulmayacaq. Bu, Moskva ilə Pekin arasında adi təmasların bir hissəsi kimi təsvir olunur.
3
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə yeni müavin təyin olunub.
Nazir Rəşad İsmayılovun müvafiq əmri ilə bu vəzifə Zaur Əliyevə həvalə edilib.

Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir.
1
Metronun iş qrafiki dəyişdirilir

WUF13 günlərində metro gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə "Bakı Metropoliteni"ndən xəbər verilib.

Bildirilib ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.

Tədbir günlərində sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.

Mayın 17-də qatarlar şənbə qrafiki ilə hərəkət edəcək: “28 May–Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə olacaq.

Sessiyanın digər günlərində isə metro ən sıx iş günü rejimində fəaliyyət göstərəcək:

“28 May–Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.

Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı–Xətai” məkik hərəkət mənzillərində qrafik olduğu kimi qalacaq. Sərnişin sıxlığının operativ tənzimlənməsi üçün ehtiyat qatarlar da hazır saxlanılacaq.
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
271 nömrəli məktəbdə "qoçu" peyda olub? - "Hər gün kimisə döyür"
😡38🤬151
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib.

14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda 15 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
👎12👍3🤮2🔥1🤔1
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub.

Bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, qurumun "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub.

Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən "Azəryolelmitədqiqatlayihə" İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.
2
👱🏻‍♂️ ADY ictimai nəqliyyatda ilk dəfə olaraq SİMA Pay – üztanıma ödəniş sisteminin tətbiqinə başladı.

♻️ Sərnişinlər artıq bu sistem vasitəsilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və Koroğlu dayanacağındakı turniketlərdən sürətli və daha rahat keçid edə biləcəklər.

📲 SİMA Pay-dən istifadə üçün "ADY Mobile" tətbiqini yeniləməyi unutmayın.

🔗 Daha ətraflı: https://sml.az/ady-simapay
TƏBİB: WUF13 zamanı fasiləsiz tibbi xidmət göstəriləcək.

Tədbirlə bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb.
🤮2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Donald Tramp Si Cinpinlə iki günlük danışıqlardan sonra Pekindən ayrılıb.
1
✈️AZAL: Bakı–Dubay reysləri bu gündən bərpa olunur
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ukrayna ordusu Rusiyanın Ryazan vilayətinə kütləvi PUA hücumu həyata keçirib
17👎42👍2
Media is too big
VIEW IN TELEGRAM
Xankəndi stadionundan son
görüntülər
20👍6😱1
🔥 Ukrayna Rusiya ordusuna məxsus Be-200 “Altair” amfibiya təyyarəsini, Ka-27 helikopterini, sursat daşıyan yük gəmisini, hava hücumundan müdafiə sistemlərini və təlim mərkəzini vurub. Bu barədə “Madyar” məlumat verib.

Bildirilir ki, vurulan Be-200 təyyarəsinin dəyəri 30-40 milyon dolları, Ka-27 helikopterinin isə təxminən 15 milyon dollardır.

Bundan əlavə, Rusiya ordusuna məxsus HHM sistemləri, təlim mərkəzi və döyüş sursatı daşıyan yük gəmisi də zərbələrə məruz qalıb.
28