Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.3K subscribers
39.1K photos
23.8K videos
8 files
33.6K links
Download Telegram
🇱🇻 Latviyada yaranan siyasi böhran fonunda Baş nazir Evika Silina istefa verib. Bununla da ölkə hökuməti tam tərkibdə istefaya gedib.

Böhran mayın 7-də Latviyanın hava məkanına daxil olan dronlardan birinin Rezeknedə yerləşən neft anbarına düşməsindən sonra başlayıb. Daha sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib ki, dronlar Ukraynaya məxsus olub və Rusiyanın radioelektron mübarizə vasitələrinin təsiri nəticəsində marşrutdan çıxıb.
8
🇺🇸🇨🇳Tramp və oğlu Erik Si Cinpin ilə şəkil çəkdiriblər
👌41
İsrailin müdafiə naziri: İranda Missiyamız hələ başa çatmayıb.

Əgər hədəflərə nail olunmasa, biz yenidən hərəkətə keçəcəyik
👍15🤣5🤮3👎2
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

● Agentlik ETSN nəzdində fəaliyyət göstərəcək

● Agentlik tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi, basdırılması və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirəcək.
7🤡3
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
🤮51
Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə Çin Xalq Respublikasına səfəri planlaşdırılır.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

Peskov tarixlərin qısa müddət ərzində ictimaiyyətə açıqlanacağını vurğulayıb.

Qeyd edək ki, hazırda ABŞ Prezidenti Donald Tramp da Çində səfərdədir. Trampın səfəri zamanı Rusiya liderinin Çinə səfəri barədə anons böyük maraq doğurub.
8👌1
Türkiyə Respublikasında hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi davam edir.
❤‍🔥8🙏62
ETX kiberdələduzluq cəhdləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
7
Şahbaz Şərif Azərbaycanın ədliyyə nazirini qəbul edib
9👍3❤‍🔥2🤡1
Paytaxtın bəzi küçə və prospektlərinin kəsişmələrində yeni və yenilənmiş svetoforlar istifadəyə verilib.
👍8
Media is too big
VIEW IN TELEGRAM
Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
🙏8
Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasının təsdiq edilməsinə dair Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarında dəyişiklik edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərara əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın yeni forması təsdiq olunub.
2👍1
❗️Kiyev meri Vitali Kliçko 15 may tarixinin paytaxta edilən genişmiqyaslı hücumun qurbanlarının xatirəsinə matəm günü elan olunduğunu açıqlayıb.

Şəhərdə dövlət bayraqları yarıya endiriləcək, bütün əyləncə və ictimai tədbirlər ləğv ediləcək.

Son məlumata görə, 7 nəfər həlak olub. Axtarış-xilasetmə əməliyyatları davam edir.
😡11🙏21👎1
⚡️Sabahdan "WUF13" çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları qüvvəyə minir

● Həmin zolaqlardan yalnız tədbir üçün nəzərdə tutulan avtobuslar və müntəzəm marşrutlar istifadə edə bilər.

● Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.
5👍2🤡2