İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələlərinə dair müşavirə keçirir.
❤6🤣6👎1
Ukraynanın müdafiə naziri: Ukraynanın Almaniyanın “Taurus” raketlərinə bənzər uzaqmənzilli raketləri mövcuddur.
❤13✍2👍1
İranın sözçüləri mənə deyirdi ki, ABŞ həmin yerlərdəki “nüvə tozu”nu yığmalıdır, çünki onların bunu çıxarmaq üçün texnologiyası yoxdur
Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
🤣3🤡2❤1
BBC-nin məlumatına görə, beş ölkə — İrlandiya, İspaniya, Niderland, Sloveniya və İslandiya “Eurovision” mahnı müsabiqəsində iştirak etmir.
İrlandiya, İspaniya və Sloveniya yayımçıları müsabiqənin yayımlanmasından imtina etdiklərini təsdiqləyiblər. Boykota baxmayaraq, İsrailin iştirakı ilə keçirilən müsabiqə 12–16 may 2026-cı il tarixlərində Vyanada baş tutur.

❤13
Erməni diasporu ölkə xaricində səs verə bilməyəcək. Ermənistan parlament seçkilərində səs vermək istəyən hər kəs Ermənistana fiziki olaraq gəlməlidir.
Analitiklər diaspora olmadan Paşinyanın daha rahat qalib gələ biləcəklərini qeyd edir.
Analitiklər diaspora olmadan Paşinyanın daha rahat qalib gələ biləcəklərini qeyd edir.
👍32❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhur “La casa de papel” (Kağız ev) serialı qayıdır.
Bu barədə “Netflix”dən məlumat verilib.
Serialın “spin-off” və ya məşhur oğurluq tarixçəsinin davamı olacağı ilə bağlı açıqlama verilməyib.
Bu barədə “Netflix”dən məlumat verilib.
Serialın “spin-off” və ya məşhur oğurluq tarixçəsinin davamı olacağı ilə bağlı açıqlama verilməyib.
❤7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Böyük Qafqaz dağlarının cənub yamacı, Şəki 🌴
👍21❤16
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xalq artisti Fatma Mahmudovanın qızı, həm aktrisa, həm də müğənni kimi tanınan Nigar Tofiq şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb. Sənətçinin duet ortağı Xan Qaraxanlı ilə ailə həyatı qurmağa hazırlaşdığı barədə xəbərlər yayılıb.
👍7🙏7❤5
Rusiyalı şoumen Maksim Qalkin bir neçə gün əvvəl Bakıya gəlib.
❤14👎8
ABŞ Prezidenti Donald Trampın bu həftə Çinə edəcəyi səfərdə Tim Kuk, İlon Mask və Larri Fink də daxil olmaqla, ABŞ-ın 17 yüksək səviyyəli biznes rəhbərinin iştirak edəcəyi gözlənilir.
Səfərə “Apple”, Tesla, “SpaceX”, Meta, Visa, “JPMorgan Chase” və “Boeing” şirkətlərinin rəhbərlərinin də qatılması gözlənilir.
Səfərə “Apple”, Tesla, “SpaceX”, Meta, Visa, “JPMorgan Chase” və “Boeing” şirkətlərinin rəhbərlərinin də qatılması gözlənilir.
👍5😁1🤡1
MN: Azərbaycan Ordusunun iki hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb
Xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər.
Xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər.
😢15🙏7👍2🤯1🤣1
Ukrayna Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermak korrupsiyada ittiham edilir.
👍5😁1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
MN: Azərbaycan Ordusunun iki hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb Xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər.
❗️MN: Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.
Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər.
Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

😢8🙏7👍1🤣1
Fransanın “Sezar” özüyeriyən haubitsaları artıq Ermənistandadır.
🤮13👎6✍1❤1