Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
👍53👌1
Zelenski: Kiyev ABŞ-da müharibənin yekunlaşdırılması üçün liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə edib.
4🤣1
🇳🇴Norveçdə birinci sinif şagirdi ekskursiya zamanı vikinqlərə məxsus, təxminən 1300 il yaşı olan bir qılınc tapıb

Henrik Refsnes Mertvedt şumlanmış tarlada paslı bir əşya görüb və onu yerdən qaldırmaq qərarına gəlib. Məlum olub ki, bu, erkən vikinqlər dövrünə aid bir tək tərəfli (biruclu) qılıncdır.
15
Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

Mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.
Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.
Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.
😡265😢2🙏2
Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

Hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb.

16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.
👎4🙏41
Mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın yeni — 142-ci katalikos-patriarxı seçilib.
👍6🤡3🙏1
Forwarded from TodayPress TV
Yamalo-Nenets Muxtar Dairəsində anomal qar həyatı iflic edib.

Noyabrsk şəhərində bir gecədə 60 sm-dən çox qar yağıb. Güclü çovğun və külək səbəbindən yollar bağlanıb, reyslər ləğv olunub, nəqliyyatın fəaliyyəti pozulub. Yerli hakimiyyət vəziyyətin may ayı üçün anomal olduğunu bildirib.
👍4🙏21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qəzzada İsrailin dron və artilleriya hücumları davam edir

İsrail ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar artilleriya dəstəyi ilə davam edir.
Məlumata görə, əməliyyatlar nəticəsində “sarı zona” adlandırılan ərazi daha da genişləndirilir. Bölgədə intensiv atəş səslərinin eşidildiyi və yeni hərbi mövqelərin yaradıldığı bildirilir.

Hücumların davam etməsi bölgədə gərginliyi daha da artırıb. Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.
🤬165
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İraq mediası Meysan əyalətindəki Əl-Kəhlə qazla işləyən elektrik stansiyasında böyük yanğın baş verdiyini bildirib.

Hadisənin təfərrüatları məlum deyil.

Əl-Kəhlə qazla işləyən elektrik stansiyası İraqın cənub-şərqində əsas enerji obyektidir.
👍4👎1
🚨🚨🚨Sabirabadda sirkə turşusundan zəhərlənən kişi ölüb.

Əbülhəsən Həsənov sirkə turşusundan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, mayın 11-də həmin tibb müəssisəsində ölüb.
🙏61😢1
İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələlərinə dair müşavirə keçirir.
6🤣6👎1🤡1
Daha 8 azərbaycanlı Ukraynada həlak oldu
😢18🙏15👍1😁1
Ukraynanın müdafiə naziri: Ukraynanın Almaniyanın “Taurus” raketlərinə bənzər uzaqmənzilli raketləri mövcuddur.
132👍1