Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.4K subscribers
38.9K photos
23.7K videos
8 files
33.6K links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Çitada keçirilən paradda Ukrayna müharibəsində həlak olmuş şəxslərin həyat yoldaşları və anaları yürüş ediblər.
🤣15👏3😁3🙏1
🤩 Rusiyanın doqquz hava limanında uçuşlar bərpa edildi

🛫 Rusiyanın İvanovo (Yujnı), Kaluqa (Qrabtsevo), Nijni Novqorod (Çkalov), Tambov (Donskoy), Yaroslavl (Tunoşna), Qroznı, Vladiqafqaz, eləcə də Moskvanın Domodedovo və Vnukovo aeroportlarında təyyarə reysləri bərpa olunub.
2
🦠İspaniyada və Tristan-da-Kunya adasında hantavirusla bağlı daha iki yoluxma halı aşkarlanıb — Reuters

Məlumata görə, Böyük Britaniya vətəndaşı “Hondius” kruiz gəmisindən adaya endikdən sonra özünü pis hiss edib. İspaniyanın Alikante bölgəsində yaşayan 32 yaşlı qadında isə hantavirus simptomları qeydə alınıb. Bildirilir ki, o, virusa yoluxaraq sonradan xəstəxanada ölən hollandiyalı qadının təyyarədə iki sıra arxasında oturub.

Yeni halların gəmidən minlərlə kilometr uzaqda aşkarlanması virusun daha geniş yayılması ilə bağlı narahatlıqları artırıb. Bununla belə, ÜST hantavirusun insanlar arasında asan yayılmadığını və ümumi riskin aşağı olduğunu bildirib.
7
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayılın Şükürbəyli kəndinin açılışında iştirak ediblər
12😱1🤡1
🇦🇲🇦🇿 Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, son görüşdə Azərbaycanla sərhədlərin delimitasiyası üzrə üç sənəd layihəsi razılaşdırılıb.
👍83
PSJ komandası 2026/2027-ci illər mövsümündə çıxış edəcəyi yeni ev formasını ictimaiyyətə təqdim edib.
🤣31
⚡️ Uşakov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların dayandırıldığını bildirib
1👏1
⚡️Cəbrayıl rayonunun Şükürbəyli kəndi yenidənqurmadan sonra
18😱3
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib
👍102🤣1
Şəki-Oğuz sərhədində 3.5 maqnitudası zəlzələ olub
🙏52
❗️Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb

Bakının Suraxanı rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərovdan 12 kiloqram 305 qram marixuana aşkarlanıb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə X.Zərgərov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.
5
⚠️ Paytaxtın A.M.Şərifzadə və S.Vurğun küçələrində 9-11 may aralığında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

🚌 Məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

📍 39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti, 61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edir.
5👍1
Bəhreyn DİN-i İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədə şübhəli bilinən 41 nəfərin saxlanıldığını bəyan edib

Saxlanılanların bir hissəsi casusluq və İran strukturları ilə əməkdaşlıqda şübhəli bilinir. İttihamların təfərrüatları hələlik açıqlanmır.
6🤡1
🇮🇷 İran milli futbol komandası Türkiyə toplanışından sonra ABŞ-a yollanacaq.

İran Futbol Federasiyası yığmanın dünya çempionatında iştirakının qəti olduğunu açıqlayıb.
❤‍🔥21
❗️ABŞ-dən Karib hövzəsinə səfərə çıxan kruiz gəmisində norovirus infeksiyası aşkarlanıb.

Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Bildirilib ki, gəmidə 102 sərnişin və 13 heyət üzvü virusa yoluxub.
Yoluxma halları “Caribbean Princess” kruiz gəmisində qeydə alınıb. Gəmi aprelin 28-də “Fort Lauderdale” limanından yola düşərək 13 günlük Karib dənizi turuna başlayıb. Onun mayın 11-də “Port Canaveral” limanına qayıtması planlaşdırılır.
Hazırda Şimali Atlantik sularında hərəkət edən gəminin növbəti dayanacağının Puerto-Plata olacağı bildirilib.
Mərkəzin açıqlamasına əsasən, yoluxma hallarının artmasından sonra gəmidə dezinfeksiya və təcrid tədbirləri gücləndirilib. Səhiyyə rəsmiləri gəmi Florida sahillərinə çatana qədər yoluxanların sayının arta biləcəyini istisna etmirlər.
🙏21
❗️Suriya Prezidenti xalqın etimadını qazanmaq üçün qardaşlarını işdən çıxarıb

Suriya Prezidenti Əhməd əş-Şəraa "Suriya xalqının etimadını yenidən qazanmaq" üçün Nazirlər Kabinetində aparılan kadr islahatları çərçivəsində qardaşları Mahir və Hazemi yüksək dövlət vəzifələrindən kənarlaşdırıb. Bu barədə jurnalistlərə dövlət başçısına yaxın olan mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ölkə lideri bu addımı ilə qohumbazlıq (nepotizm) ittihamlarının qarşısını almağa və devrilmiş Əsəd rejimindən fərqləndiyini nümayiş etdirməyə çalışır.

Vəzifədən kənarlaşdırılana qədər Mahir Prezident Administrasiyasının baş katibi idi. Suriyalı mənbənin bildirdiyinə görə, onun əslən rus olan həyat yoldaşı rus dilini mükəmməl bilir və Dəməşqlə Moskva arasında əlaqələndirici bənd hesab olunur. Bununla əlaqədar olaraq, Mahirin Suriyanın Rusiyadakı səfiri təyin ediləcəyi ehtimal olunur. Digər qardaş Hazem isə İqtisadi İnkişaf üzrə Ali Şuranın vitse-prezidenti vəzifəsindən azad edilib.
👍9🤣32
Azərbaycanda bu sular bahalaşdı

Azərbaycanda marketlərdə 0,5L butulkalarda satılan içməli suyun qiymətində artım müşahidə olunub.

Axar.az xəbər verir ki, daha əvvəl 60 qəpiyə satılan “Badamlı” və “Sirab” suları indi 70 və 75 qəpiyə təklif edilir.

Bundan başqa, “Bonaqua” sularının qiyməti də artıb. İndi adıçəkilən suların 0,5 litrlik butulkası 10 qəpik artaraq 50 qəpik olub.
👎103👍2😭1