Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.5K subscribers
38.8K photos
23.6K videos
8 files
33.6K links
Download Telegram
Kanada Baş naziri: Ermənistan və Azərbaycan arasında sülhün qurulması istiqamətində əldə edilən irəliləyişi alqışlayıram.
👍7
Aİ lideri: Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir
👍8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zelenski – “Ukrayna dronları 9 May paradında Moskvada uça bilər”

Ukrayna dronları Moskvada 9 May paradında uça bilər.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında deyib. “Rusiya 9 May paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfədir ki, onlar paradda silah nümayiş etdirə bilmirlər. Ukrayna dronları da həmin parad üzərində uça bilər”, – deyə Zelenski bildirib. Ukrayna lideri onu da əlavə edib ki, bu il Moskva paradında hərbi texnikanın nümayiş olunmaması Rusiyanın əvvəlki illərlə müqayisədə gücünün azaldığını göstərir.
👍20🤡32
Bakıda klinikadan 5 000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb

Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən 5 000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.
👍82
Dağıstanın müvəqqəti rəhbəri vəzifəsinə Fyodor Şukin təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

“Dağıstan Respublikasının rəhbəri seçilən şəxs vəzifəyə başlayana qədər Fyodor Vyaçeslavoviç Şukin Dağıstan Respublikasının rəhbərinin səlahiyyətlərinin icraçısı təyin edilsin”, - sərəncamda qeyd olunub.

Fyodor Şukin buna qədər Dağıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov öz istəyi ilə istefa verib.
🤬51
🔴İran ordusu Hörmüz boğazından keçmək istəyən ABŞ hərbi gəmisinə raket zərbələri endirib
👍25👎10
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 10 vaqon gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
🤮43
⚡️ TƏBİB direktoru özünə yeni müşavirlər təyin etdi

Muxtarzadə Ramil Səfər oğlu, Cəmilova Töhfə Ramiz qızı və Rzayev Bahadur Məhərrəm oğlu TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
🤡2👍1
Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib.
🤣1
Hər şeydən əvvəl istədiyimiz şey Hörmüz boğazının ABŞ və İran tərəfindən əlaqələndirilmiş şəkildə yenidən açılmasıdır.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitindəki çıxışında deyib.

“Bu, Hörmüz boğazının yenidən açılması üçün yeganə həll yoludur. Mənə aydın olmayan bir çərçivədə heç bir hərbi əməliyyatda iştirak etməyəcəyik", - o bildirib.
❗️❗️❗️Kolleclərə “Fiziki tərbiyə müəllimliyi” üzrə qəbul dayandırıldı

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.

Bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.

6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).

Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
ABŞ-ın yüksək vəzifəli rəsmisi ABŞ gəmisinin İran raketləri ilə vurulduğunu təkzib edib.
⚡️CENTCOM: İran limanlarının blokadası davam edir, heç bir gəmimiz vurulmayıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍61🤡1
✍️Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎111🤣1
⚡️⚡️⚡️⚡️⚡️Pentaqondan strateji qərar: ABŞ ordusuna SEPAH-ın kater və raketlərini vurmaq icazəsi verildi

ABŞ ordusunun Yaxın Şərqdəki bölmələrinə Hörmüz boğazında İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hərbi hədəfləri məhv etmək səlahiyyəti verilib. Bu barədə "Axios"un müxbiri Barak Ravid yüksək rütbəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11🤡1
🇦🇿İlham Əliyev bir sıra Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3🙏2