Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.5K subscribers
38.7K photos
23.6K videos
8 files
33.6K links
Download Telegram
✔️İlham Əliyev: Biz cəmi doqquz aydır sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11👍3
Antonio Koşta: “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Azərbaycan ilə Ermənistan arasında sülh razılaşması sayəsində mümkün olub.
7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NİİM: Svetoforun yaşıl işıq siqnalı tam yanmadan, qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir.
6🙏3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq

“Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri birgə bəyannamə imzaladılar. Qeyd edildiyi kimi, Prezident Tramp da şahid qismində bu sənədi imzaladı. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar və mən əminəm ki, bizim üçün də, erməni tərəfdaşlarımız üçün də sülh artıq reallaşıb”, - dövlət başçısı qeyd edib.
15
🇦🇿🇺🇦🇦🇲Zelenski: Azərbaycan və Ermənistana davamlı sülh arzulayırıq
13👍8
Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qəza baş verib.
🙏53
❗️İlham Əliyev Nikol Paşinyanı təbrik etdi

Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır.


Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

"Avropa Siyasi Birliyi" sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, sülh prosesinə sadiq qalır: "Erməni həmkarımın bəyanatları bunu aydın şəkildə təsdiqləyir".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2222❤‍🔥1
Koşta: Ermənistan və Azərbaycan arasındakı sülh razılaşması eskalasiya və müharibənin hökm sürdüyü bir dünyada qeyd edilməli olan sülh hekayəsidir
👍12
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
🙏41
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Qarabağ"ın sabiq ulduzu Juninyodan Meksikada möhtəşəm qol
6
Kanada Baş naziri: Ermənistan və Azərbaycan arasında sülhün qurulması istiqamətində əldə edilən irəliləyişi alqışlayıram.
👍7
Aİ lideri: Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir
👍8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zelenski – “Ukrayna dronları 9 May paradında Moskvada uça bilər”

Ukrayna dronları Moskvada 9 May paradında uça bilər.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında deyib. “Rusiya 9 May paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfədir ki, onlar paradda silah nümayiş etdirə bilmirlər. Ukrayna dronları da həmin parad üzərində uça bilər”, – deyə Zelenski bildirib. Ukrayna lideri onu da əlavə edib ki, bu il Moskva paradında hərbi texnikanın nümayiş olunmaması Rusiyanın əvvəlki illərlə müqayisədə gücünün azaldığını göstərir.
👍20🤡32
Bakıda klinikadan 5 000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb

Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən 5 000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.
👍82
Dağıstanın müvəqqəti rəhbəri vəzifəsinə Fyodor Şukin təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

“Dağıstan Respublikasının rəhbəri seçilən şəxs vəzifəyə başlayana qədər Fyodor Vyaçeslavoviç Şukin Dağıstan Respublikasının rəhbərinin səlahiyyətlərinin icraçısı təyin edilsin”, - sərəncamda qeyd olunub.

Fyodor Şukin buna qədər Dağıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov öz istəyi ilə istefa verib.
🤬51
🔴İran ordusu Hörmüz boğazından keçmək istəyən ABŞ hərbi gəmisinə raket zərbələri endirib
👍25👎10
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 10 vaqon gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
🤮43
⚡️ TƏBİB direktoru özünə yeni müşavirlər təyin etdi

Muxtarzadə Ramil Səfər oğlu, Cəmilova Töhfə Ramiz qızı və Rzayev Bahadur Məhərrəm oğlu TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
🤡2👍1
Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib.
🤣1