Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.9K subscribers
37.9K photos
23.1K videos
8 files
33.3K links
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.

Şikayətdə qeyd olunur ki, asfalt örtüyünün bir hissəsi çökdüyü üçün iri çuxur yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir.
👍3🥴2🤣2
Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində ard-arda baş verən məktəb hücumları ölkəni yasa boğub.

İki faciəvi hadisə nəticəsində ümumilikdə 1 müəllim və 8 şagird həyatını itirib, 33 nəfər isə yaralanıb.

Cinayətkarlarla bağlı aparılan araşdırmalar zamanı diqqətçəkən bir bənzərlik üzə çıxıb. Hər iki şəxsin uzun saatlar boyu eyni kompüter oyununu oynadığı müəyyən edilib. Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat nəticəsində məlum olub ki, hər iki cinayətkar uzun müddət şiddət tərkibli "PUBG" oyununun aludəçisi olub. Mütəxəssislər bu növ oyunların xüsusilə azyaşlılar tərəfindən nəzarətsiz oynanılmasının böyük risk daşıdığını bildirirlər.
2🤬2
Əlibaba Əliyev “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri təyin edilib
👍4
İranın Sistan və Bəlucistan vilayətinin Səravan şəhərində polis patruluna hücum edilib.

Hücumda üç polis ölüb. Hadisəni törədənlərin tutulması üçün axtarışlar davam edir.
3
Hörmüz boğazından İranla əlaqəli azı 13 gəmi keçib

Dəniz təhlükəsizliyi üzrə ekspert Martin Kelli X sosial şəbəkəsində bildirib ki, son 24 saat ərzində İranla əlaqəli təxminən 13 gəmi Hörmüz boğazından keçib.

CNN-in məlumatına görə, gəmilərin izlənməsi ilə məşğul olan Kpler şirkətinin məlumatları son 24 saatda ən azı 9 beynəlxalq ticarət gəmisinin də boğazdan keçdiyini göstərir.
4❤‍🔥2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bint-Cbeyl tarixi hissə tamamilə dağıdılıb

Livanın cənubunda gedən döyüşlər zamanı Bint-Cbeyl şəhərinin “qasba” kimi tanınan tarixi hissəsinin tamamilə məhv edildiyi bildirilir.

Məlumata görə, bu gün səhər saatlarında İsrail ordusunun 98-ci diviziyasının şəhər daxilində irəliləməsi fonunda güclü partlayış baş verib.

Qeyd olunur ki, ərazi həm memarlıq abidəsi, həm də “Hizbullah” üçün möhkəmləndirilmiş mövqe kimi strateji əhəmiyyət daşıyıb. Dağıntının səbəbi – hava zərbəsi və ya yeraltı partlayış – hələ dəqiqləşdirilməyib.
🤬52👎2😡1
⚡️Sabirabadda iki gəncin meyiti tapıldı

Sabirabad rayonunda 18 yaşlı qızın meyiti tapılıb.

Aprelin 15-i saat 14 radələrində 2008-ci il təvəllüdlü Qaragüney kənd sakini Nuranə Əliyevanın meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar edilib.

Oxşar hadisə aprelin 15-i saat 17 radələrində Güdəcühür kəndində də baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Aydın Kərimovun meyiti yaşadığı evin həyətində tapılıb.
🙏41
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb
😢10🙏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin cəsədi zirehli texnika ilə ərazidən çıxarılıb.

Bu barədə Türkiyə mediasında görüntülər yayılıb.

Qeyd olunur ki, 14 yaşlı İsa Aras Mersinlinin meyiti zirehli texnika ilə ərazidən çıxarılarkən məktəbin qarşısına çoxlu sayda insan toplaşıb.

Xatırladaq ki, İsa Aras Mersinlinin məktəbə silahlı hücumu nəticəsində 8 şagird və 1 müəllim həlak olub. 20 nəfər isə yaralanıb. Daha sonra yeniyetmə özü də həmin silahla intihar edib.
🤬41
İsrail rəsmisinin bildirdiyinə görə, Netanyahu yaxın vaxtlarda Cosef Aun ilə danışacaq.
🤮51👎1
Rusiyanın Odessaya hücumlarında 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb
🤬51👎1
Kiyevdə "Mersedes" avtomobillərinin satıldığı salon Rusiyanın raket hücumu nəticəsində tamamilə yanıb.
Azı 60 avtomobilin yandığı bildirilir.
🤬93👎1😁1👌1