Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
32.9K subscribers
37.9K photos
23.1K videos
8 files
33.3K links
Download Telegram
Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi

ƏTRAFLI :
https://axar.az/news/toplum/1082003.html
👍8🤡1
Türkiyənin Zonquldağ şəhərində polis məktəbə hücum etməklə hədələyən lisey şagirdini saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 17 yaşlı yeniyetmə Votsapda təhdid mesajları yayıb:

“Hüquq-mühafizə orqanları dərhal araşdırma aparıb və şagirdi saxlayıb. Evində aparılan axtarışlar zamanı 6 ədəd boş tapança patronu müsadirə edib. Yeniyetmə ifadəsində patronları kənddən xatirə olaraq gətirdiyini və mesajları zarafat kimi göndərdiyini qeyd edib. Həmçinin onun əvvəllər sinifdə fişəng atdığına görə başqa bir məktəbdən qovulduğu məlum olub”.
2
❗️Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
👎21
📊 "Bitcoin"in qiyməti 75 min dolları ötüb
👍31
⚡️⚡️Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyəyə səfər edəcəklər

● Səfər Antalya Diplomatik Forumu çərçivəsində baş tutacaq

● Forum 17-19 aprel tarixlərində keçiriləcək.
4😱1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
❗️Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
Bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.

Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.
👎41
Media is too big
VIEW IN TELEGRAM
Naxçıvanda qaya uçqunu olub

Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.
🙏21
🔴Kreml: Moldovanın MDB-dən çıxmaq qərarı təəssüf doğurur
😁51
"Livan və İsrail liderləri son 34 ildə ilk dəfə birbaşa görüş keçirəcəklər".

- Tramp
2
❗️🇹🇷Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində baş verən məktəb hücumları ilə bağlı 83 nəfər barəsində saxlanılma qərarı verilib.

Məlumata görə, hadisələrlə əlaqəli 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, 93 Telegram qrupu isə bağlanıb
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İsrail ordusunun sözçüsü bildirib ki, gecə saatlarında Hərbi Dəniz Qüvvələrinə məxsus raket gəmisi Livandan ölkə ərazisinə doğru buraxılan PUA-nı məhv edib.

Məlumata görə, “Şir nərəsi” əməliyyatı başlayandan bəri dəniz qüvvələri hava hücumlarının qarşısının alınması üzrə təxminən 40 hadisədə iştirak edib.
👍4👎4😡21
Media is too big
VIEW IN TELEGRAM
İsrail ordusu 769-cu briqadanın Cənubi Livanda fəaliyyəti zamanı kolluq ərazidə gizlənən silahlıların məhv edildiyini və yeraltı silah-sursat anbarının aşkarlandığını bildirib.
6👎6😡3
"Tasnim": İran ölkə ərazisindəki bütün məktəblərin distant təhsilə keçməsi barədə qərar qəbul edib.

Məlumata görə, qərar aprelin 21-dən qüvvəyə minəcək.
👍31
Media is too big
VIEW IN TELEGRAM
Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.

Şikayətdə qeyd olunur ki, asfalt örtüyünün bir hissəsi çökdüyü üçün iri çuxur yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir.
👍3🥴2🤣2
Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində ard-arda baş verən məktəb hücumları ölkəni yasa boğub.

İki faciəvi hadisə nəticəsində ümumilikdə 1 müəllim və 8 şagird həyatını itirib, 33 nəfər isə yaralanıb.

Cinayətkarlarla bağlı aparılan araşdırmalar zamanı diqqətçəkən bir bənzərlik üzə çıxıb. Hər iki şəxsin uzun saatlar boyu eyni kompüter oyununu oynadığı müəyyən edilib. Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat nəticəsində məlum olub ki, hər iki cinayətkar uzun müddət şiddət tərkibli "PUBG" oyununun aludəçisi olub. Mütəxəssislər bu növ oyunların xüsusilə azyaşlılar tərəfindən nəzarətsiz oynanılmasının böyük risk daşıdığını bildirirlər.
2🤬2
Əlibaba Əliyev “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri təyin edilib
👍4
İranın Sistan və Bəlucistan vilayətinin Səravan şəhərində polis patruluna hücum edilib.

Hücumda üç polis ölüb. Hadisəni törədənlərin tutulması üçün axtarışlar davam edir.
1